1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"ASAN xidmət" və BMT birgə tədbir təşkil edib
24.06.2023

BMT-nin Cenevrədə yerləşən bölməsində “ASAN xidmət”in və Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı, eləcə də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və BMT-nin Qadınlar bölməsinin dəstəyi ilə “Tərəqqiyə aparan yol: Effektiv dövlət xidməti və qadınların cəlb olunmasının dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında qarşılıqlı əlaqəsi” adlı paralel tədbir keçirilib. Tədbir BMT-nin İnsan Hüquqları Şurasının 53-cü sessiyası çərçivəsində baş tutub və 23 İyun - BMT Dövlət Xidmətləri Gününə həsr edilib.

Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanından Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT Baş katibinin köməkçisi, BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) icraçı direktoru Nixil Set və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının bölmə rəhbəri Tod Holand çıxış ediblər.

Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə dövlət idarəçiliyi sahəsində həyata keçirilən uğurlu islahatların tərkib hissəsi olaraq yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən, dövlət xidmətlərinin göstərilməsinin səmərəliliyinin artırılmasında qadınların rolundan və bu sahədə tətbiq olunan sosial innovasiyaların önəmindən bəhs edib. Həmçinin “ASAN xidmət” mərkəzlərində təqdim olunan şəffaf, əlçatan və səmərəli dövlət xidmətlərinin insan hüquqlarının təmin olunması və dayanıqlı inkişaf məqsədlərinə çatmaq baxımından mühüm əhəmiyyət daşıdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

BMT Baş katibinin köməkçisi, UNITAR-ın icraçı direktoru Nixil Set Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında dövlət xidmətlərinin göstərilməsinin önəmi və bu çərçivədə “ASAN xidmət” kimi qabaqcıl təcrübələrin vacibliyinə toxunub.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının bölmə rəhbəri Tod Holand BMT İnsan Hüquqları Şurasının müvafiq olaraq 2018-ci və 2023-cü illərdə keçirilmiş müvafiq sessiyaları zamanı Azərbaycanın təşəbbüsü ilə qəbul olunmuş “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnaməni və burada qeyd olunan fəaliyyətlərin həyata keçirilməsinin önəmini qeyd edib.

Açılış çıxışlarından sonra Beynəlxalq Dövlət Xidmətləri təşkilatının rəhbərinin müavini Deyvid Boysun moderatorluğu ilə baş tutan sessiyada BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT-nin Qadınlar bölməsi, UNITAR və Malayziyanın nümayəndələri panelist qismində çıxış ediblər.

Tədbirdə BMT-yə üzv dövlətlərin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliklərin diplomatları, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının, eləcə də akademik dairələrin 50-dən çox nümayəndəsi iştirak edib.

Dövlət Agentliyinin sədri Cenevrəyə səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib. Səfər zamanı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Baş Direktoru Daren Tanq, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olga Alqayerova və SDG Lab-in direktoru Özgə Aydoğan ilə görüşlər baş tutub. Görüşlər çərçivəsində “ASAN xidmət”, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “ASAN İnnovativ İnkişaf İnkişaf Mərkəzi”, eləcə də “ABAD”ın yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib və müvafiq istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment