1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı rəisinin yeni müavini təyin olunub
22.06.2023

Dr.Nabil Seyidov 20 iyun 2023-cü il tarixindən etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub. Dr. Nabil Seyidov tibb sektorunda 21 il, o cümlədən ictimai səhiyyə sektorunda 9 ildən artıq iş təcrübəsinə malikdir. Nabil həkim Azərbaycan Tibb Universitetini 2002-ci ildə fərqlənmə ilə bitirdikdən sonra Moskva şəhərində A.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi üzrə Elmi Mərkəzdə klinik ordinatura, daha sonra isə aspiranturanı bitirib.

O, 2009-2010-cu illərdə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində daxili xəstəliklər üzrə internatura, 2011-2012-ci illərdə isə Vaşinqton ştatının Sietl şəhərində ümumi cərrahiyyə, travmada təcili və təxirəsalınmaz yardım, yanıqlar və kardio-vaskulyar cərrahiyyə üzrə 1 il internatura və beynəlxalq mütəxəssislər üçün xüsusi sertifikatlaşdırılmış ixtisasartırma kursu keçib.

ABŞ-dan qayıtdıqdan sonra Dr. Seyidov Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində kardioloq və həkim terapevt kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən isə Dr Seyidov Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, şöbə müdirinin müavini və 2018-ci ildən şöbə müdiri vəzifələrindən çalışmışdır. O, 2018-2019-cu illər ərzində isə Səhiyyə nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri işləmişdir. 

Peşəkar həkim olmaqla yanaşı, Nabil Seyidov tibb və qeyri-tibb işçilərinin təlim-tədrisi,  səhiyyə sektorunda yeni informasiya texnologiyalarının tətbiqi, teletəbabət, səhiyyənin elektronlaşdırılması, tibb xidmətlərinin keyfiyyət standartları, səhiyyə menecmenti və qeyri-infeksion xəstəliklərin profilaktikası kimi geniş spektr məsələlərə böyük maraq göstərir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının bütün kollektivi Dr.Nabil Seyidovu Hospitalın rəisinin müavini təyin edilməsi münasibətilə təbrik edir, peşəkar fəaliyyətində yeni-yeni uğurlar arzulayır! 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment