1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının həkimi Leyla Qaçaylı
22.06.2023

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Leyla Qaçaylı “Həkim məsləhəti” rubrikasında “Hamiləlikdə dərman istifadəsi” mövzusunda məlumat verib.  

Hamiləlik dövrü qadın orqanizmində özünəməxsus dəyişikliklərlə xarakterizə olunan xüsusi bir dönəmdir. Hamiləlikdə ananın heç bir sağlamlıq problemi olmadığı hallarda belə,  bəzi vitamin və mineral qəbuluna ehtiyacı vardır. Hamilənin günlük vitamin və mineral ehtiyacı artdığına görə qəbul edilən qida maddələri artmış təlabatı kifayət qədər ödəyə bilmir, əlavə vitamin, mineral qəbuluna ehtiyac yaranır.

Hamiləlikdə yaranan bir sıra sağlamlıq problemlərində isə, dərmanların istifadəsi lazım gəlir, ancaq bu zaman diqqətli olmaq lazımdır. Belə ki, dərman maddələri ciftdən keçərək dölə zərər verə bilər. Bu səbəbdən hamiləlikdə  hər bir dərman maddəsi həkim tövsiyyəsi ilə qəbul olunmalıdır.

Hamiləlikdə istifadə olunan vitamin və minerallar.

Hamiləlik dövründə vitamin və mineral yetməzliyinin əsas səbəbləri kifayət qədər qida maddələri qəbul etməmək, zərərli vərdişlər və hamiləliyə az çəki ilə başlamaqdır.

Fol turşusu.

Hamiləlik dövründə qanda fol turşusunun miqdarı azalır. Fol turşusu yetməzliyi meqaloblastik anemiya və döldə anomaliyaların yaranmasına səbəb olur. Adı çəkilən vitamin  döldə sinir borusunun inkişafında xüsusi yer turur və yetməzliyi zamanı sinir borusunda defekt yaranmasına səbəb olur. Fol turşusu  hamiləliyin birinci trimestrində qəbul edilir. Hamiləliyin ilk 3 ayında istifadəsi mütləq olan tək vitamindir.

D vitamini.

Hamiləlikdə D vitamini yetməzliyi neonatal qıcolmalar, döldə sümüklərin və dişlərin qeyri-düzgün inkişafına səbəb olur. Bu vitaminin artıq dozda qəbulu isə toksikdir. D vitaminin qəbulu 12-ci həftədən etibarən başlanılır və ehtiyac olduğu halda hamiləliyin sonuna qədər istifadə olunur.

B qrup vitaminlər.

B qrup vitaminlərdən B6 və B12 vitamini xüsusi əhəmiyyətə malikdir. B6 vitaminin yetməzliyi zamanı hiperemezis gravidarum – hamilənin həddən artıq qusması,  preeklampsiya və dölün sinir sistemində pozulmalara rast gəlinir.

B12 vitamin yetməzliyində də meqaloblastik anemiya, dölün bətndaxili ölümü və sinir sistemində pozulmalar aşkarlana bilir.

HAMİLƏLİKDƏ MİNERALLAR.

Hamiləlikdə dəmir istifadəsi.

Hamiləlik dövründə dəmir təlabatı xüsusilə 2-3-cü trimestrdə artır. Dəmir yetməzliyində anemiya, immunitet sistemində pozulmalar və vaxtından əvvəl doğum təhlükəsi artır. Anemiya (Hb<11.0g/dl) rast gəlindiyi zaman dəmir preparatına başlanılmalıdır.

Kalsium istifadəsi.

Hamiləlikdə Ca ehtiyacı 33% artır. Balanslaşdırılmış qidalanma zamanı bu tələbat ödənilir. Ca yetməzliyi hallarında hipertenziya və preeklampsiya rast gəlinməsi riski artır.

Yod istifadəsi.

Hamiləlikdə yod yetməzliyi döldə  kretinizm, əqli gerilik, erkən doğum riskinin artması hallarına səbəb ola bilir. Eyni zamanda artıq miqdarda qəbulu döldə qalxanabənzər vəzinin qeyri-düzgün böyüməsi ilə nəticələnir.

Omega-3 istifadəsi.

Omega-3 orqanizmə yalnız xaricdən qəbul edilən və mühüm əhəmiyyətli yağ turşusudur. Omega -3 istifadəsi dölün sinir sisteminin inkişafına, göz sağlamlığına anada ürək-damar sisteminə müsbət təsir göstərir. Bunlarla bərabər vaxtından əvvəl doğum və düşük riskinin azaltması müəyyənləşdirilmişdir. İstifadəsi hamiləliyin son 3 ayında ən az 250 mg tövsiyə edilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment