1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət” BMT-yə üzv ölkələrin dövlət qulluqçularına təlimlər keçəcək
21.06.2023

Azərbaycan Respublikasının  Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir.

Səfər çərçivəsində BMT Baş katibinin köməkçisi, BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) icraçı direktoru Nixil Set ilə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev arasında görüş keçirilib.  Görüş zamanı Ülvi Mehdiyev UNITAR-ın 60 illiyi münasibətilə qarşı tərəfə təbrikini çatdırıb, ötən dövr ərzində UNITAR ilə Dövlət Agentliyi arasında məhsuldar əməkdaşlığın həyata keçirildiyini, bundan sonra da müvafiq sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətlərin davam etməsinin zəruriliyini vurğulayıb.

BMT Baş katibinin köməkçisi, BMT-nin Təlim və Tədqiqat İnstitutunun icraçı direktoru ölkəmizin “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən qabaqcıl konsepsiyalarından biri olduğunu bildirib. Bu istiqamətdə Dövlət Agentliyi ilə həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə edən Nixil Set təlim və tədqiqat sahələrində müxtəlif layihələrin icra ediləcəyini bildirib.

Sonra Dövlət Agentliyi ilə UNITAR arasında təlim və potensialın artırılması fəaliyyətləri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədin icrası çərçivəsində Dövlət Agentliyinin nümayəndələri tərəfindən dövlət xidmətlərinin göstərilməsi və burada tətbiq olunan sosial innovasiyalar və digər müvafiq sahələr üzrə insan kapitalının inkişafı istiqamətində UNITAR-ın xətti ilə BMT-yə üzv ölkələrin dövlət qulluqçularına təlimlərin keçirilməsi planlaşdırılır. Eyni zamanda Memorandum “ASAN xidmət”in qabaqcıl təcrübəsinin müxtəlif ölkələrdə təbliği və tətbiqi imkanlarını genişləndirəcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment