1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının rezidenti Güllüxanım Rəhimova
21.06.2023

“Həkim məsləhəti” rubrikamızda  Mərkəzi Gömrük Hospitalının rezidenti Güllüxanım  Rəhimova “Hamiləlik dövründə qan təzyiqinin yüksəlməsi ana və uşağa necə təsir edir” sualını cavablandırıb.

Hamiləlik dövründə qadın orqanizmi bir sıra fizioloji dəyişikliklərə məruz qalır. Xüsusilə feto-plasentar qan dövranının yaranması  kardiovaskulyar sistemdə  fizioloji-hemodinamik dəyişikliklərə səbəb olur. Bu hallar bəzi hamilələrdə müxtəlif patologiyaların yaranmasına səbəb ola bilir. Bu patologiyalardan biri də hestasional hipertenziyadır.

Hamiləlik dövrü hipertenziyası hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsidir (AT >140/90 mm.c.süt). Xroniki arterial hipertenziya isə, hamiləliyin 20-ci həftəsinə qədər mövcud olan və doğuşdan sonra davam edən hipertenziv vəziyyətdir. 

Aşağıdakı hallarda qadınlar hestasion hipertenziya riski altındadırlar: ilk dəfə ana olanlar, 18 yaşdan aşağı və ya 35 yaşdan yuxarı olan hamilələr, hamiləlikdən əvvəl yüksək qan təzyiqindən əziyyət çəkən qadınlar, piylənmə-bədən çəkisi indeksi (BÇİ ) yaşı 35-dən yuxarı hamilələr, anamnezində preeklampsiya və ya eklampsiya olan xəstələr, doğuşlar arasında interval 2 ildən az, 10 ildən çox olduqda, çoxdöllü hamiləlik, ekstragenital xəstəlikləri (hipertoniya, böyrək xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, antifosfolipid sindromu) olan hamilələr.

Hestasional hipertenziyanın anaya (damardaxili laxtalanma, serebral qanaxma və s.) və dölə bağlı (vaxtından əvvəl doğuş, DBİL) ağırlaşmaları ola bilər. Yüksək  qan təzyiqi dölə gedən qan axınının azalması, bu da öz növbəsində dölə  gedən oksigen və qida maddələrinin azalması deməkdir. Nəticədə dölün inkişafının ləngiməsi və erkən doğum riskinin yüksəlməsi baş verir.

Hestasional hipertenziya müalicəsi həkim nəzarətində aparılmalıdır.

Hamilə qadınlara tövsiyə edərdim ki, bol maye qəbul etsinlər, açıq havada daha çox gəzsinlər, stress və gərginlikdən uzaq olsunlar, qida qəbulunu balanslaşdırsınlar. Bütün bu çətin olmayan qaydalara riayət etməklə, səhhətləri də yaxşı olar, dünyaya gətirəcəkləri körpə də sağlam olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment