1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


PwC Azərbaycan, Dövlət Vergi Xidməti ilə birgə əməkdaşlığı sayəsində keçirilən ümumrespublika olimpiadasında vergi maarifləndirməsini təşviq edib
07.06.2023

“PwC Azərbaycan” şirkəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ali təhsil müəssisələrinin tələbələri arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının keçirildiyini qürurla bildirir. “Heydər Əliyev ili”ndə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu əlamətdar tədbir müxtəlif ali təhsil müəssisələrinin tələbələrini bir araya gətirərək, vergitutma sahəsində biliklərin aşılanması, habelə vergi sahəsinə marağın artırılmasına böyük töhfə vermişdir.

2-4 iyun tarixlərində DVX-nın Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında təşkil olunan olimpiadanın yekun mərhələsinə 20 universitetindən 100 tələbə qatılıb. 

“PwC Azərbaycan”ın vergi xidmətləri üzrə direktoru Günel Sadiyevanın moderatorluğu ilə təşkil olunan panel müzakirələrə DVX rəisinin müşaviri Fərid İsayev, Xidmətin insan resursları baş idarəsinin rəisi Aytən Kərimova və “Neqsol Holdinq”in vergi direktoru Rəşad Abbasov qatılıblar. Ekspertlər panel çərçivəsində auditoriya ilə canlı dialoq formatında öz uğur hekayələrini bölüşüb, vergi sahəsi üzrə müasir yanaşma xüsusunda öz fikirlərini bölüşüblər.

Biz Azərbaycanda ilk dəfə şirkətimizin vergilər üzrə meneceri olan Rüfət Şahbazovun moderatorluğu ilə Vergi Keys Müsabiqəsi keçirdik. Müsabiqənin məqsədi tələbələrin vergi sahəsində təcrübəsini və problemlərin həlli bacarıqlarını qiymətləndirməkdən ibarət olub. Ən yüksək nəticə göstərən ilk 10 iştirakçıya PwC şirkəti tərəfindən eksklüziv brend hədiyyələr təqdim olunub. 

Tədbirin son günündə Olimpiadanın yekun mərhələsi keçirilib. Bu mərhələdə imtahan test sualları əsasında aparılıb, suallar vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun hazırlanıb. İki növbədə keçirilən 90 dəqiqə davam edən imtahanda tələbələr vergilər mövzusunda öz bilik və bacarıqlarını sınayıblar. Final mərhələsində 1-ci yeri Xəzər universitetinin tələbəsi Müseyib Quliyev, 2 və 3-cü yerləri isə müvafiq olaraq Naxçıvan Dövlət Universitetinin tələbələri Nail Mustafazadə və Nicat Məmmədli tutublar. 

Qaliblərə mükafatlar və sertifikatlar təqdim olunub. Bununla yanaşı qalib tələbələr həm Dövlət Vergi Xidməti, həm də “PwC Azərbaycan” tərəfindən keçirilən təcrübə proqramlarına qatılma imkanı əldə ediblər. Belə təcrübə proqramları onlara dəyərli praktiki təcrübə qazanmağa və gələcəkdə vergi sahəsində iş prosesinə cəlb olunmalarına şərait yaradacaq.

PwC şirkəti “Heydər Əliyev İli”ndə ali təhsil müəssisələrinin tələbələri arasında vergitutma sahəsində biliklərin aşılanması məqsədini daşıyan gələcək yönümlü bu təşəbbüsün bir hissəsi olmaqdan qürur duyur. İstedadları yetişdirməyə və gələcək nəsil vergi mütəxəssislərini dəstəkləməyə önəm verən bir şirkət olaraq, biz bu əlamətdar tədbirə töhfə verməkdən, bilik mübadiləsini təşviq etməkdən və vergi sahəsində gənc istedadları ruhlandırmaqdan məmnunuq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment