1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Xınalıq sakinləri ilə görüş keçirib
18.05.2023

Mayın 16-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Qubanın Xınalıq kəndində vətəndaşların qəbulunu keçirib. Görüşdə sakinlərin fikirləri dinlənilib, sualları cavablandırılıb və müvafiq tapşırıqlar verilib.

Əsasən kəndin özünəməxsus memarlıq üslubunun qorunması ilə evlərin bərpası və təmir işlərinin aparılması məsələləri üzrə keçirilən qəbulda kəndin turizm potensialının inkişaf etdirilməsinin məşğulluğun artırılması və əhalinin sosial rifahının yüksəlməsinə töhfə verdiyi bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində verdiyi göstəriş və tapşırıqların icrası çərçivəsində DTA tərəfindən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işləri davam edir. Xınalığın coğrafi mövqeyi və relyefinə görə ilin yalnız 4-5 ayı ərzində tikinti işlərinin aparılmasının mümkünlüyü səbəbindən evlərin təmiri və bərpası mərhələli şəkildə icra olunur.

Xınalıqda ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılaraq ekspertizadan keçirilib. 2021-ci ildə qəzalı vəziyyətdə olan 16 evin təmir-bərpa işləri aparılıb, onların bünövrə və divarları gücləndirilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib. 2022-ci ildə isə təmir və bərpasına başlanılan 11 evdən 7-si üzrə işlərin böyük hissəsi tamamlanıb, 4 ev üzrə isə  hava şəraitinə görə işlər dayandırılıb. 2023-cü ildə isə yarımçıq qalmış evlərin təmiri və əlavə olaraq 14 evin bərpası üçün hazırlıqlara başlanılıb, daha 6 ev bərpa və təmir üçün qeydə alınmışdır. Bütövlükdə bu mərhələdə 44 evin 2024-cü ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Ötən il Xınalıq və ətraf kəndlərdə yaşayan əhalinin qədim zamanlardan qorunub saxlanılan köçəri mədəniyyəti və onun ümumbəşəri dəyərləri təsvir olunan “Xınalıq və “Köç Yolu”nun Mədəni Landşaftı” adlı nominasiya sənədi hazırlanaraq YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün YUNESKO-nun Dünya İrs Komitəsinə təqdim edilib.

Nominasiya sənədində yay və qış otlaqlarındakı mövsümi həyat tərzinə aid qeyri-maddi mədəni irs, o cümlədən həmin otlaqlar arasında gediş-gəliş üçün köç yolundan əsrlər ərzində istifadə edilməsi nəticəsində yaradılmış maddi-mədəni irs elementlərin (türbələr, qəbiristanlar, körpülər və s.) müstəsna ümumbəşəri dəyərə malik olması vurğulanır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment