1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr Şəhla Ağayeva
15.05.2023

“Həkim məsləhəti” rubrikamızda Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr Şəhla Ağayeva “Düzənli idman və fiziki aktivliklə ürək-damar xəstəliklərinin qarşısını almaq olarmı” sualını cavablandırıb.

Ürək və qan damarlarının başlıca funksiyası başda oksigen olmaqla toxumalara onların ehtiyacı olan maddələri  daşımaqdır. Oksigen qəbulunun düzənli və kifayət qədər olması üçün ürək və qan damarlarının sistemli çalışmasının qarşısını alan faktorları aradan qaldırmaq çox vacibdir. Bu durum hər gün düzənli idmanın həyati əhəmiyyətini təsdiqləyir. 

Müasir dövrümüzün texnologiya dövrü olduğunu nəzərə alsaq, artan texnoloji ehtiyaclar insanların daha passiv, oturaq həyat tərzinə səbəb olur və bu durum fərqli xəstəliklərin,  xüsusilə ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır. 

Düzənli idman və fiziki aktivliklə ürək-damar xəstəliklərinə səbəb olan bir sıra faktorlar aradan qalxmış olur. Müntəzəm olaraq idmanla məşğul olduqda ürəkdə olan kollateral damarlar artır və ürəyə gedən qan miqdarında da artıma müşahidə olunur, bu da ürəyin daha yaxşı qidalanmasına səbəb olur. Düzənli idman yaxşı və pis adlandırılan xolesterin balansını tənzimləyir, qan şəkərinin tənzimlənməsinə səbəb olur, yüksək arterial qan təzyiqinin də azalmasına gətirib çıxarır.

Dünyada düzənli idmanın ürək-damar xəstəliklərinə nə qədər faydalı olduğunu göstərən çoxsaylı məşğələlər var. Ürək xəstələrinə tövsiyə edilən bu idman məşğələlərindən sonra xəstələrin 1 ildə ürək-damar xəstəlikləri baxımından ağırlaşmalarında önəmli azalma görülmüşdür. 

Ürək-damar xəstələrinə tövsiyə edilən idman növlərinə templi yürüş (gündə  45 dəq), üzmə, velosiped sürmə, yüngül templi qaçışlar aiddir. Yarışmalı idmanlar məsləhət deyil. Belə ki, son illərdə yarışmalı idman zamanı ani ölümlərə çox rast gəlinir. Ürək-damar xəstəliyi olmayan hər bir şəxs yarışmalı idman növünə başlamazdan öncə mütləq şəkildə kardioloji müayinədən keçməlidir. Bunun səbəbi arzuolunmaz hadisələrə və hətta ani ölümə səbəb ola biləcək potensial təhlükəli ürək xəstəliklərinin diaqnozunun qoyularaq, vaxtında müdaxilə edilməsi və xəstənin həyatını qurtara bilməsidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment