1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının xidmətdə yüksək nailiyyətlər əldə edən əməkdaşları təltif olunublar
12.05.2023

12 may 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə xidmətdə əldə etdikləri yüksək müvəffəqiyyətləri, qüsursuz xidməti və digər nailiyyətlərə görə Tibbi Xidmət İdarəsinin əməkdaşlarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən təltiflər təqdim edilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Fəxri fərman, Gömrük orqanlarında xidmətə görə 2-ci və 3-cü dərəcəli döş nişanları ilə təltif olunan, təşəkkür elan edilən əməkdaşları təbrik edib, onlara döş nişanlarını təqdim edib. İdarə rəisi Ceyhun Məmmədov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə əlamətdar tarixdə təltif olunmağın xüsusi əhəmiyyətli olduğunu qeyd edib və təltif olunanlara gələcəkdə yeni-yeni uğurlar qazanmağı arzulayıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova təltif olunanlar adından Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova təşəkkürünü bildirib. 

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə xidmətdə əldə etdikləri yüksək müvəffəqiyyətləri, qüsursuz xidməti və digər nailiyyətləri nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Dr.Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova və Mərkəzi Gömrük Hospitalının həkim-rentgenoloqu Natalya Astraxanseva Azərbaycan Gömrük işini aparan İcra Hakimiyyəti Orqanının Fəxri Fərmanı ilə təltif olunublar.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyevə, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkim cərrahı Kamran Beydullayevə, Maliyyə şöbəsinin böyük inspektoru Larisa Abramovaya, Təcili Yardım şöbəsinin tibb bacısı Sevda Abdullayevaya, Texniki-Təsərrüfat şöbəsinin mütəxəssisi Vəfa Sultanovaya Dövlət Gömrük Komitəsi tərəfindən təşəkkür elan edilib. 

Mərkəzi Gömrük Hospitalının Texniki-Təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov Gömrük orqanlarında xidmətə görə 2-ci dərəcəli döş nişanı ilə, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova, Xəstə Xidmətləri şöbəsinin mütəxəssisi Rəna Hacıyeva, tibb qeydiyyatçısı Nərmin Mehdiyeva, tibb qeydiyyatçısı Sevinc Bayramova, Laboratoriya şöbəsinin həkim laborantı Nərmin Mehdiyeva, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin tibb bacısı Sevda Rəsulova, Neonatologiya şöbəsinin tibb bacısı Səbinə Səfərova və Cərrahiyyə şöbəsinin tibb bacısı Günel Əhmədova Gömrük orqanlarında xidmətə görə 3-ci dərəcəli döş nişanı ilə təltif olunublar. Mərkəzi Gömrük Hospitalının 4 əməkdaşına növbəti xüsusi rütbə verilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment