1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” qəbul edilmişdir
12.05.2023

Müasir dünyada rəqəmsallaşma istiqamətində baş verən yeniliklər fonunda ölkəmizin maliyyə bazarlarında həyata keçirilən intensiv rəqəmsallaşma tədbirləri məsafədən təqdim edilən maliyyə xidmətlərinin çeşidinin və əlçatanlığının artırılması ilə yanaşı maliyyə institutlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə müvafiq risklər formalaşdırmaqdadır. Bu baxımdan ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədilə maliyyə bazarlarında kiber dayanıqlığın yüksəldilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən kiber təhdid və risklərə qarşı adekvat nəzarət mexanizmlərinin tətbiqi və risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması və digər bu istiqamətdə məsələlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir.

Məlum olduğu kimi Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda informasiya təhlükəsizliyinə dair minimum tələbləri özündə ehtiva edən “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” 2022-ci il 1 aprel tarixindən qüvvəyə minmişdir. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə Mərkəzi Bank tərəfindən 2023-2026-cı illər üzrə “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” (Strategiya) hazırlanaraq təsdiqlənmişdir.

Bu Strategiyanın vizyonu maliyyə sabitliyinin təmin edilməsi məqsədilə artan kibertəhdidlər fonunda ölkənin maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsidir. Odur ki, Strategiya özündə beş strateji prioritet üzrə fəaliyyəti əhatə edərək maliyyə bazarlarında dayanıqlı kibertəhlükəsizlik mühitinin formalaşdırılmasını hədəfləmişdir: (i) Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tənzimləmə və nəzarət çərçivəsinin gücləndirilməsi; (ii) Maliyyə bazarlarında kiber risklərin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi; (iii) Maliyyə bazarlarında kibertəhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə informasiya texnologiyalarının idarəetmə çərçivəsinin formalaşdırılması; (iv) Maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsi; (v) Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması.

Mərkəzi Bank tərəfindən ölkənin maliyyə sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də kiber dayanıqlığın gücləndirilməsi istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment