1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


SHE Congress beşinci dəfə Bakıda keçirilir
10.05.2023

Regionun qadın liderliyinə həsr edilən ən böyük tədbirlərindən biri olan SHE Congress 17 may 2023-cü il tarixində JW Marriott Absheron Baku-da baş tutacaq.

2017-ci ildə fəaliyyətə başladığı ilk gündən SHE (Smart, Happy, Equal) Congress-in missiyası qadınların şəxsi və peşəkar inkişaflarına dəstək olmaq, həmçinin həyatın bütün sahələrində gender bərabərliyini təşviq etmək olub. Şəbəkələşmək, öyrənmək və təcrübə mübadiləsi üçün unikal platforma təqdim etməklə, SHE Congress Azərbaycanda və regionda qadın liderliyi sahəsində aparıcı qüvvəyə çevilib.

Qadınlar üçün hüquq və imkanların artırılmasına yönəlmiş məqsədyönlü sistemli dəstəyi ilə SHE Congress 5 nömrəli Dayanıqlı İnkişaf Məqsədinin (Sustainable Development Goals) - gender bərabərliyinin və bu siyahıya daxil edilən digər məqsədlərin əldə edilməsinə mühüm töhfə verir və dünyanın daha ədalətli və dayanıqlı olmasına kömək edir.

Builki tədbir “ÖZ HƏYATINA SAHİB OL” ("OWN YOUR LIFE") şüarı altında baş tutacaq. Qadınları öz potensiallarını tam reallaşdırmağa həvəsləndirmək üçün nəzərdə tutulmuş intensiv tədbir proqramına müxtəlif ölkələrdən və sahələrdən dəvət olunmuş görkəmli spikerlərin təqdimatları, panel müzakirələri və ən əsası, qarşılıqlı ünsiyyət daxildir. SHE Congress hər zaman qadınlara təhsil almağa, bizneslərini inkişaf etdirməyə, karyeralarını yüksəltməyə və şəxsi balanslarını tapmağa kömək edən ideyalar, alətlər və resurslar məcmusu kimi çıxış edib.

SHE Konqresinin təsisçisi, sahibkar Tatyana Mikayılova qeyd edir: 11 ildən artıqdır ki məşğul olduğum qadın liderliyinin inkişafı proqramlarında əsas ideya qadının seçim hüququ olması mövsuzuna köklənir. Bu istənilən sahəyə aiddir. Məhz Azərbaycan 1917-ci ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Qadınların həyatın bütün sahələrində tam şəkildə iştirakı təkcə sosial ədalət məsələsi deyil, həm də ölkənin və regionun iqtisadi yüksəlişi və davamlı inkişafı üçün zəruri şərtdir. SHE Congress-in məqsədi qadınlara təhsilin həyat boyu təmin etdiyi imkanları və şəxsi böyümə və inkişafa sərmayəni göstərməkdir".

SHE Congress qadın liderliyinin inkişafına dəstək verən təşkilatlarla əməkdaşlıq etməkdən qürur duyur. Məhz onların sayəsində tədbirdə iştirak ödənişsizdir və bu da maariflənməyi daha əlçatan etməyə imkan verir. SHE Congress-in uzunmüddətli tərəfdaşı olan KOBİA (İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) qadın sahibkarlığının iqtisadiyyat üçün əhəmiyyətini açıq şəkildə nümayiş etdirir. Platinum tərəfdaş olan Yelo Bank, Mastercard kimi maliyyə sektoru tərəfdən dəstək göstərir. Azercell-in qızlar və qadınlar üçün dəstək proqramları mövcuddur və SHE ilə əməkdaşlıq böyük səyləri bir araya gətirən sinerjidir. Tədbirin tərəfdaşları Bosch və Braun gender bərabərliyinin dəstəklənməsinə yönəlmiş proqramlar sahəsində beynəlxalq liderlərdir, onlar üçün SHE Congress-ə dəstək Azərbaycanda və bütün regionda qadınlara dəstəyin ifadəsidir. Femmes Digitales daha çox qadına özlərini texnologiya sənayesi və dəqiq elmlərdə sübut etməyə kömək edir, Crimson Education isə dərin anlayış ilə həyatın istənilən mərhələsində təhsilin əhəmiyyəti və dəyəri haqda ideyanı təbliğ edir.

SHE Congress-in rəsmi media tərəfdaşları – “TREND”, “APA, “REPORT”, “1NEWS”, “FINANCETIME” “ROCKVELL” və “BİZİM YOL” agentlikləridir.

SHE Congress qadın liderliyinin gücünə inanan və qlobal şəkildə müsbət dəyişikliyə nail olmaq üçün qadın sərbəstliyinə dəstək verənlər üçündür. Qiymətli transformasiya təcrübəsinin bir hissəsi olmaq şansınızı qaçırmayın!

Qeydiyyat hər kəs üçün açıqdır, yerlər məhduddur. 

KİV akkreditasiyası üçün əlaqə:

ulviyya@tamadvisory.com

abw100@outlook.com

+994 50 550 57 60

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment