|
|
|
Digər xəbərlər | | | ABA və IDNT şirkətinin birgə təşkilatçılığı ilə vebinar keçirilmişdir |
08.05.2023 | |
| |
4 may 2023-cü il tarixində “Zoom” onlayn platforması üzərindən Azərbaycan Banklar Assosiasiyası (ABA) və IDNT şirkətinin birgə təşkilatçılığı ilə vebinar keçirilmişdir.
“Müasir bankçılıqda xidmət modeli: istehlakçılar tərəfindən bəyəniləcək və biznes fəaliyyətini yaxşılaşdıracaq yeniliklərin müzakirəsi” adlı vebinar çərçivəsində müzakirə edilən məsələlər haqda aşağıdakı “YouTube” kanalı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 25 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.
|
|
|
|