1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib
05.05.2023

4 may 2023-cü il tarixində DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş baş tutub.

Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı Azərbaycan Banklar Assosiasiyası tərəfindən yaradılmış “Əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi” işçi qrupunun üzvləri də iştirak edib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə danışıb, bu sahədə dövlət monitorinqinin həyata keçirilməsinin məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına məlumat verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin Əlilliyi olan şəxslərin hüquqları sektorunun müdiri Nərmin Fətəliyeva nazirlik tərəfindən 2022-ci il ərzində əlilliyi olan şəxslərin hüquqları sahəsində görülmüş işlər barədə danışıb.

DOST Agentliyinin əməkdaşı Zəhra Həsənova “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi çərçivəsində görülən işlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Monitorinq Komissiyasının məqsədi, əsas istiqamətləri, əhatə etdiyi sahələr, hədəf qrupları və s. mövzularla bağlı məlumat verilib.

Agentliyin Strateji planlaşdırma, məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov əlilliyi olan şəxslərin bank xidmətləri sahəsində üzləşdikləri maneələr barədə danışıb.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları öz rəy və təkliflərini səsləndiriblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment