1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr.Təranə Qonaqova: “İmmunlaşdırma Həftəsinin keçirilməsində məqsəd uşaq ölümlərini və xəstəliklərdən sonra ağır nəticələri az
28.04.2023

İnsanlar daim zərərli mikroorqanizmlərin, toksinlərin əhatəsindədir. Hüceyrələrimizin hər zaman şiş hüceyrələrinə çevrilmə təhlükəsi vardır. Lakin biz bunları düşünmədən yaşayırıq. Bunun üçün isə məhz immun sistemimizə  borcluyuq. 

2007-ci ildən Azərbaycan ÜST-nin təşəbbüsü ilə 2006-cı ildən Avropa regionunda dünya əhalisini zəruri və sərfəli peyvəndlərlə təmin etmək məqsədi daşıyan İmmunlaşdırma Həftəsi adlı qlobal kampaniyaya qoşulmuşdur. İmmunlaşdırma Həftəsinin keçirilməsində məqsəd peyvəndin əhəmiyyəti barədə ictimaiyyəti maarifləndirmək, həmçinin uşaq ölümlərini və xəstəliklərdən sonra ağır nəticələri azaltmaqdır. Bu il 23-29 aprel tarixləri bütün dünyada İmmunlaşdırma Həftəsi kimi qeyd edilir.      

İmmunlaşdırma nədir, immun sistemi necə qazanılır və onu möhkəmləndirmək üçün nə etmək lazımdır?

Bu və digər suallarımızı Mərkəzi Gömrük Hospitalının həkim-immunoloqu Dr.Təranə Qonaqovaya ünvanladıq.

-Təranə həkim, immunlaşdırma barədə nə deyə bilərsiz? 

- İmmun sistemi immun cavab yaratmaq üçün birlikdə işləyən orqanlar, toxumalar, hüceyrələr və molekullardan ibarətdir və toksinləri çıxararaq, patoloji mikroorqanizmləri, şiş hüceyrələrini məhv edərək bizi qoruyur. İmmunitet anadangəlmə və qazanılmış olur.

Anadangəlmə və ya qeyri-spesifik, genetik olaraq valideynlərdən uşaqlara miras qalır. Xəstəlikdən sonra yaranmış immunitet qazanılmış və ya adaptiv immunitet adlanır. Nəticədə T və B yaddaş hüceyrələri əmələ gəlir, növbəti dəfə bu infeksiya ilə qarşılaşdıqda onlar sürətlə çoxalaraq xəstəliyin inkişafının qarşısını alırlar. İmmunoloji yaddaş təkcə xəstəlikdən sonra deyil, həm də immunlaşdırma (vaksinasiya) zamanı inkişaf edir.

Qazanılmış immunitet aktiv və passiv olmaqla iki yerə bölünür. Aktiv, immun cavab yaratmaq ücün canlı, zəifləmiş və ya öldürülmüş patogenlərdən antiqen şəklində istifadə olunur. Antigenin tətbiqinə cavab olaraq kifayət qədər antitel yalnız iki həftədən sonra əmələ gəlir, lakin təsiri bir ildən bir neçə onilliklərə qədər davam edir. Effekti gücləndirmək üçün revaksinasiya İmmunlaşdırma Təqvimi ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq həyata keçirilir.

Passiv immunlaşdırma yoluxucu xəstəliklərin hər hansı patogenlərinə qarşı hazır antitellərın orqanizmə daxil edilməsidir. Bu immunitet demək olar ki, qisa müddətdə yaranır və xəstəlik artıq inkişaf etdikdə istifadə olunur. Ancaq sürətli nəticəyə baxmayaraq, passiv immunlaşdırmanın təsiri qısamüddətlidir - 1 həftədən 6 həftəyə qədər.

İmmunlaşdırma hər il 2-3 milyon insan ölümünün qarşısını alır. Əslində, bu, müəyyən infeksiyalara qarşı mübarizədir, bununla bir insan immunlaşdırmanın köməyi ilə bir sıra ciddi xəstəliklərdən - skarlatina, difteriya, quduzluq, tetanus, poliomielit, vərəm və s.-dən müdafiə olunur.

-Təranə həkim, hazırda bəzi valideynlər arasında belə bir fikir yayılıb ki, uşaqları peyvənd etməyin heç bir faydası yoxdur, əksinə, uşaqlara əks təsirləri ola bilər. Bu barədə nə demək istərdiniz?

 -Peyvəndin görünən faydalarına baxmayaraq, bəzi analar uşaqlarını peyvənd etdirməkdən imtina edirlər. Valideynlər arasında övladlarını peyvənd edib-etməmək mübahisələri bu günə qədər davam edir. Hər iki tərəfin arqumentləri kifayət qədərdir. Sosial şəbəkələrdən, etibarsız mənbələrdən məlumat alan valideynlər uşaqlarını peyvənd etməmək qərarına gəlir. Bunun son vaxtlar dəbdə olan mövzu olduğunu söyləmək olar.

 Zəiflik, ürəkbulanma, baş ağrısı, qızdırma, inyeksiya yerində qızartı və başqa digər hallar peyvəndin fəsadları kimi valideynlər tərəfindən qəbul edilir. Amma əslində, bu əlamətlər bədənin xarici bir antigenin varlığına reaksiya verdiyini göstərir, immunitetin normal formalaşması prosesi başlayır. Ana bətnində uşaq steril şəraitdə, hər hansı patogenlərdən qorunur.   Passiv immunlaşdırmaya misal olaraq, uşağın anadan plasenta və ya ana südü ilə qəbul etdiyi antitellərı göstərmək olar. Bu antitellər (immunoqlobulinlər G) körpəni ananın immuniteti olan infeksiyalardan qoruyur. İmmunoqlobulin A, qidalanma zamanı ana südü ilə körpəyə keçən antitellərdir. Onlar selikli qişaya təsir edən infeksiyalardan qorunmanı təmin edir. Anadan körpəyə kecən antitellər yalnız doğumdan sonra ilk 6-ay ərzində qoruya bilir. 

Bununla belə, qarşısını almaq üçün peyvənd tələb edən xəstəliklər az deyil. Əlbəttə ki, yoluxucu xəstəliklərdən 100% qoruyan ideal bir peyvənd yoxdur, lakin onunla qarşılaşdığınız zaman xəstəlik ağırlaşmalar olmadan yüngül formada davam edə bilər.

-Peyvəndin məqsədi nədir?

-Peyvəndin məqsədi xəstəlikdən sonra təbii ilə eyni olan süni immunitet yaratmaqdır. Bu vəziyyətdə insan xəstələnmir, diskomfort və ya mümkün ciddi fəsadlar yaşamır.

Peyvəndlər uşaqların həyatına ömürlük sərmayədir. Peyvəndlər sayəsində bir çox uşaq və böyüklər qızılca, məxmərək, parotit, difteriya, göy öskürək, tetanoz və poliomielit kimi xəstəliklərə qarşı güclü immunitetə malikdir. Pnevmokok bakteriyaları, insan papilloma virusu və hepatit B virusundan ciddi fəsadların qarşısını almaq üçün peyvənd olunanların sayı xeyli artıb.

-Peyvənd olunmamış uşaqları hansı təhlükələr gözləyir? 

-Peyvənd olunmamış uşaqlarda immunitet zəif olur və onlar bütün xəstəliklərə qarşı daha az müqavimət göstərirlər. Müalicə və sağalma uzun vaxt aparır. Ölüm və əlillik riski  böyükdür.

Onu da qeyd etməyi özümə borc bilirəm ki, peyvənd yalnız peyvənd edilmiş şəxsi deyil, digər insanları da qorumağa şərait yaradır, çünki kollektiv immuniteti xəstəliyin yayılmasına imkan vermir. İstənilən peyvəndin yeganə məqsədi uşaqları, ailələri və cəmiyyəti qarşısı alına bilən ciddi xəstəliklərdən qorumaqdır.

Peyvənd olunmamış uşaq, xüsusilə epidemiya təhlükəsi dövründə və bu xəstəliklərlə, məsələn, vərəmlə bağlı regionda əlverişsiz vəziyyətin hökm sürdüyü dövrdə uşaq sağlamlıq və təhsil müəssisələrinə, o cümlədən uşaq bağçasına qəbul edilə bilməz. Beynəlxalq müqavilələrə və sağlamlıq qaydalarına uyğun olaraq müəyyən peyvənd tələb edən ölkələrə giriş bağlana bilər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment