1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Mərkəzi Bank tərəfindən Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində tədbir keçirilmi#
28.04.2023

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Mərkəzi Bank tərəfindən Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində tədbir keçirilmişdir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Mərkəzi Bank tərəfindən Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində tədbir keçirilmişdir.

Tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad etdilər. Tədbiri giriş nitqi ilə açan Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi Azərbaycan tarixinin xüsusi əhəmiyyət kəsb edən dövrüdür. Onun ölkəyə rəhbərliyinin birinci dövrü Azərbaycanın ən yeni tari­­xin­də dönüş illəri, ictimai-siyasi həyatın sürətli tərəqqisi dövrü olmuş­dur. Bugünkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi həmin illərdə təməli qoyulmuş potensial olmadan mümkün deyildi.

H.Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü daha mürəkkəb tarixi şəraitə təsadüf edirdi. 90-cı illərin əvvəllərində öz müstəqilliyini yenicə qazanmış Azərbaycanda xaos, ciddi iqtisadi böhran yaşanırdı. Həmin mürəkkəb şəraitdə H.Əliyevin hakimiyyətə gəlişindən sonra qısa müddətdə milli həmrəylik və ictimai-siyasi sabitlik bərpa olundu. Qısa zamanda yaradılmış ictimai-siyasi sabitlik və uzaqgörən xarici siyasət hesabına Azərbaycan dünyanın iri investorları üçün cəlbedici ölkəyə çevrildi. Belə bir şəraitdə iqtisadi sahədə əsas prioritet vəzifə makroiqtisadi sabitliyin bərpa edilməsi idi. İnflyasiya, büdcə kəsiri dəfələrlə azaldıldı. Məzənnə sabitləşdirildi, manat ölkədə yeganə ödəniş vasitəsi kimi çıxış etməyə başladı.

Ümummilli liderin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi oldu. Qəbul olunmuş proqramlar əsasında bank sistemi sağlamlaşdırıldı, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlandı, özəl bankların sayı optimallaşdırıldı. Makroiqtisadi və maliyyə stabilliyinin təmin edilməsi şəraitində əhalinin bank sisteminə inamı bərpa olunmağa başladı.

Ümumilikdə, H.Əliyevin hakimiyyətdə olduğu illərdə sabitlik, islahat və inkişaf triadası iqtisadiyyatın xarakterik xüsusiyyətinə çevrildi, əhalinin sosial vəziyyəti əhəmiyyətli yaxşılaşdı. Məhz bütün bu qeyd edilən illər ərzində atılmış addımlar sayəsində bu gün müasir dövlət, güclü iqtisadiyyat və inklüziv cəmiyyət hədəfi artıq reallığa çevrilmişdir.

G.Paşayeva bildirdi ki, Mərkəzi Bank müxtəlif sosial-mədəni layihələr icra etməklə əsasən intellektual yönümlü korporativ sosial məsuliyyət fəaliyyətini həyata keçirir. Bu istiqamətdə Mərkəzi Bankın müəllifi olduğu uğurlu layihərdən biri də Biləsuvar rayonunda yerləşən, Milli Qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Təhsil Kompleksidir.

2010-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə Məktəbin məhz insanların keyfiyyətli, fərqli təhsilə daha çox ehtiyaclarının olduğu regionda fəaliyyətə başlaması burada yaşayan insanlar üçün əvəzedilməz hədiyyə olmuşdur. Bu gün bu təhsil ocağında Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Neftçala, Salyan və digər bölgələrdən şagirdlər təhsil almaqdadırlar.

Təhsil Kompleksi ən müasir tələblərə cavab verən infrastruktur və maddi-texniki bazaya malikdir, həmçinin regionun ən yüksək pedaqoji bacarıqlara malik təhsil mütəxəssisləri burada çalışır. Məktəbdə akademik fəaliyyətlərin inkişafı ilə yanaşı şagirdlərin sosial mühitinin formalaşdırılması əsas prioritetlərimizdəndir. Şagirdlərimiz üçün müxtəlif musiqi, idman, intellektual yarışlar və bədii qiraət kimi fəaliyyətlər təşkil edilir.

O, çıxışının sonunda xüsusilə qeyd etdi ki, bu təhsil ocağının məqsədi mübariz gənclər yetişdirməkdir.

Digər çıxışlarda da vurğulandı ki, Ümummilli Liderimizin Azərbaycan xalqı və bütöv region üçün gördüyü misilsiz işlərin əhəmiyyəti və əzəməti zaman keçdikcə daha yaxşı dərk olunur. Heydər Əliyev dövlətçilik məktəbi bundan sonra da müstəqil Azərbaycanın onilliklər boyu tərəqqi etməsində ideoloji nüvə olaraq qalacaq.

Tədbir məktəbin şagirdləri tərəfindən Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş bədii proqramla davam etdi.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment