1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ABA-nın rəhbər heyəti 45-ci BACEE Bankçılıq Konfransında iştirak etmişdir
28.04.2023

20 aprel 2023-cü il tarixində Macarıstanın Budapeşt şəhərində illik təşkil edilən sayca 45-ci BACEE Bankçılıq Konfransı keçirilmişdir.

Bank sektoru ilə bağlı gündəm mövzuların müzakirə olunduğu konfransda Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov da iştirak etmişdir.

Konfransda Macarıstanın bank sektoru ilə bağlı mövcud vəziyyət, qlobal bank sektorundakı qeyri-müəyyənliklərin Mərkəzi və Şərqi Avropa, Cənubi-Şərqi Avropa ölkələrinə təsirləri, rəqəmsal bankçılıq, ödənişlər, açıq bankçılıq, dünya ölkələrinin milli valyutalarının rəqəmsal analoqunun (Central Bank Digital Currency, CBDC) yaradılması, rəqəmsal transformasiya, maliyyə sektorunda artırılmış reallığın (AR) tətbiqi və s. kimi mövzular müzakirə edilmişdir. 

Tədbirdə Macarıstan və Avstriya Mərkəzi Bankı, Macarıstan Banklar Assosiasiyası, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə Banklar Assosiasiyasının rəhbər heyəti, “Raiffeisen Bank International AG”, “CIB Bank”, “Erste Bank Macarıstan”, “Bank Transilvaniya Rumıniya”, “MKB Bank Nyrt.”, “KT Bank” və s. kimi bankların rəhbərləri və müvafiq nümayəndələri, eləcə də müxtəlif şirkətlər iştirak etmişdir.

ABA nümayəndə heyəti tədbir çərçivəsində əlaqədar banklarla müxbir münasibətlərin inkişafı və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparmışlar.

Əlavə edək ki, konfransın sonunda əməkdaşlığa görə mükafatlandırma mərasimi baş tutmuşdur və ABA da tərəfdaşlığa görə mükafata layiq görülmüşdür. Mükafat Yunus Abdulova təqdim edilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment