1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ABA-nın prezidenti Zakir Nuriyev “Heydər Əliyev və Azərbaycan Sahibkarlığının İnkişafı” mövzusunda keçirilən konfransda çıxış edib
26.04.2023

25 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan Sahibkarlığının İnkişafı” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib ki, müasir Azərbaycanın banisi və müstəqilliyimizin qurucusu olan ümummilli lider Heydər Əliyevin sahibkarlığın, xüsusilə, bank sektorunun inkişafında da rolu əvəzedilməzdir: “Son illərdə Azərbaycanda əksər sahələrdə olduğu kimi bank sektorunda da rəqəmsallaşma baxımından böyük bir yol qət edilmişdir. Bu gün həm say, həm kredit portfeli cəhətdən özəl bankların sektordakı payı daha üstündür. Hazırda bank sektoru sürətli inkişaf strategiyasını davam etdirməkdədir. Bu tendensiya özünü həm kəmiyyət, həm keyfiyyət göstəricilərində, həm də rəqəmsal transformasiyada və requlyativ çərçivəni beynəlxalq tələblərə uyğun daha da təkmilləşdirilməsində göstərməkdədir.”

ABA-nın prezidenti əlavə edib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində maliyyə sektorunun rəqəmsallaşmasına yönələn addımlar və hazırlanmaqda olan digər proqram və layihələr də növbəti illərdə bu inkişafın öz sürətini qorumasına imkan verəcəkdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment