1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Bakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir
26.04.2023

Mayın 2-dən etibarən Bakı-Vyana-Bakı birbaşa uçuşlarına start veriləcək. Həftədə iki dəfə olmaqla çərşənbə axşamı və cümə günləri həyata keçirilməsi planlaşdırılan uçuşlar AZAL tərəfindən icra ediləcək.

Birbaşa uçuşların başlanması münasibətilə aprelin 24-də Avstriyanın paytaxtı Vyanada Dövlət Turizm Agentliyi və Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə təqdimat tədbiri keçirilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı-Vyana-Bakı birbaşa uçuşlarının ikitərəfli turizm əlaqələrin inkişafı ilə yanaşı, qarşılıqlı turist mübadiləsinə də töhfə verəcəyini, Azərbaycanı avropalı turistlər üçün daha əlçatan edəcəyini qeyd edib. Fuad Nağıyev Azərbaycanın turizm destinasiyası kimi tanıdılmsı məqsədilə genişmiqyaslı tədbirlərin görüldüyünü, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrıldığını, pandemiyadan sonrakı bərpa prosesində Avropadan gələn turist sayının artacağına inamını ifadə edib.  

Azərbaycan Respublikasının Avstriya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Rövşən Sadıqbəyli tədbirdə çıxış edərək Azərbaycan və Avstriya arasında iqtisadi-ticari əlaqələrin dinamik inkişaf etdiyini, turizm əlaqələrinin inkişafının dostluq və tərəfdaşlıq münasibətlərinə töhfə verəcəyini qeyd edib.  

Tədbirdə iştirak edən Avstriya Respublikasının Federal Əmək və İqtisadiyyat Nazirliyinin turizm üzrə Dövlət katibi Suzanne Kraus-Vinkler birbaşa hava uçuşlarının turizm sahəsində mühüm rol oynayaraq insanlara rahat səyahət seçimləri verdiyini, həmçinin iqtisadi faydalar gətirdiyini bildirib. O, Vyana-Bakı uçuşlarının ölkələrimiz arasında turizm və iqtisadi əlaqələrin güclənməsində əsaslı rol oynayacağını, turizm üzrə uğurlu əməkdaşlıqlara təkan verəcəyini qeyd edib.

 “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev AZAL tərəfindən icra ediləcək birbaşa uçuşlarda sərnişinlərin daşınmasının, uçuşların rahatlığının və xidmətin yüksək keyfiyyətlə təmin ediləcəyinə əminliyini ifadə edib. O, növbəti mərhələdə AZAL tərəfindən digər Avropa şəhərlərinə də birbaşa uçuşların həyata keçiriləcəyini vurğulayıb.

Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Vyanadan Bakıya birbaşa uçuşların həyata keçirilməsinin strateji məqsədlərdən biri olduğunu, uçuşların yalnız Avstriya ilə deyil, Almaniya və İsveçrə kimi hədəf ölkələrlə də turizm əlaqələrinin genişlənməsinə müsbət təsir edəcəyini bildirib. O, Avstriyada mütəmadi olaraq keçirilən, turistlərin sayının artırılmasına yönəlmiş tanıtım və təbliğat tədbirlərinin intensivləşdiriləcəyini nəzərə çatdırıb.

Avstriyadan dövlət rəsmiləri, turizm sənayesi nümayəndələri, Avstriya və Slovakiyadan olan media nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın milli mətbəx nümunələri və şərabçılıq məhsulları təqdim olunub, milli incəsənət ustalarının iştirakı ilə mədəni proqram təşkil edilib.

Qeyd edək ki, Avstriya Respublikasının vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza" elektron sistemi tətbiq olunur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment