1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakı Enerji Həftəsində “Zero Waste” proqramı tətbiq ediləcək
18.04.2023

1 və 2 iyun tarixlərində Azərbaycanda ənənəvi Bakı Enerji Həftəsi çərçivəsində artıq 28-ci Bakı Enerji Forumu keçiriləcəkdir. 

Xəzər Neft və Qaz Konfransının davamçısı olan Bakı Enerji Forumu uzun illər ərzində enerji sahəsinin əsas istiqamətlərinin müzakirə olunduğu mühüm platformaya çevrilib. Bakı Konqres Mərkəzində təşkil ediləcək forumda 600-dən çox nümayəndə iştirak edəcək. İştirakçılar siyahısında Azərbaycan, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Qazaxıstan, Monako, Niderland Krallığı, Rusiya Federasiyası, Tayland Krallığı, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alacaq.

Bu ilki tədbirdə keçid dövründə qlobal enerji şərtləri və qlobal enerji təhlükəsizliyi, Xəzər regionunun bərpa olunan enerji potensialı və digər mövzular müzakirə olunacaqdır. Tədbir çərçivəsində baş tutacaq sessiyalar zamanı həmçinin “Zero Waste” proqramı, xalis sıfır emissiya və yaşıl hidrogen mövzuları da qaldırılacaq.

Son dövrlərdə planetimizin üz-üzə qaldığı çoxsaylı ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr dünya miqyasında geniş müzakirələrə səbəb olur. Qlobal iqlim böhranını aradan qaldırmaq istiqamətində əsas həll yollarından biri kimi məhz “Zero Waste” proqramı nəzərdən keçirilir. 

“Zero Waste” tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusudur ki, bu da məhsulların və resursların təyinatının dəyişdirilməsi və ya təkrar istifadə olunması yolu ilə istifadəyə yararlılığını artırmağı təşviq edir. 

Bakı Enerji Forumu çərçivəsində ilk dəfə olaraq “Zero Waste” (Sıfır Tullantı) proqramı tətbiq olunacaqdır. 

Bu məqsədlə, Forum zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcəkdir. Bundan əlavə, tədbir üçün reklam vasitələrinin də çapından imtina edilərək, forumun təşkil edildiyi məkanda eko bannerlər, elektron “rollup”lar və reklam lövhələrindən istifadə ediləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcəkdir. 

Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi də ekoloji konseptdə inşa edilmişdir. Belə ki, mərkəzin damında quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə kifayət qədər enerji toplanması sayəsində enerji istifadəsinə sərf olunan xərclər azaldılmışdır. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment