1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının təcrübəli həkimi, poliklinika rəisi, kardioloq Tamilla Əliyeva
18.04.2023

“Həkimlərimizi tanıyın!” rubrikamızda Dr.Tamilla Əliyevanı təqdim edirik

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının təcrübəli həkimi, həm kollektivin, həm də pasiyentlərin böyük rəğbətini qazanmış poliklinika rəisi, kardioloq Tamilla Əliyevanı təqdim edirik.

Dr.TAMİLLA ƏLİYEVA Mərkəzi Gömrük Hospitalında ambulator pasiyentlərin müalicəsində və ürək xəstəliklərinin qarşısının alınmasında ən müasir effektiv metodlardan istifadə edir, eləcədə də poliklinikanın düzgün və yüksək səviyyədə idarə edilməsini təmin edir, işə yeni qəbul olunan tibb personalına məsləhətlər verir. 

Dr. Tamilla Əliyeva 1986-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 1986-1987-ci illərdə 3 saylı Bakı şəhər xəstəxanasında terapevt ixtisası üzrə internatura keçmişdir. O, 1987-2018-ci illərdə müxtəlif dövlət tibb müəssisələrində kardioloq, ambulator şöbənin rəisi kimi çalışıb. Tamilla həkim 2018-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında Poliklinika şöbəsinin rəisi, kardioloq kimi fəaliyyət göstərir.

Tamilla xanım daim öz üzərində çalışır, dünya tibb ədəbiyyatını izləyir, öz işində mütərəqqi müalicə üsullarından istifadə edir. O, 1992-ci və 1995-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik elektrokardioloji kursda, 2009-cu ildə “İnsan Resurslarının tərkibində kadr işinin təşkili və hüquqi aspektləri”, “İnsan Resurslarının cəlb olunması və idarəolunması metodları”, “Fəaliyyətin qiymətləndirilməsi və motivasiya”,  “İşçi heyətin inkişaf və təkmilləşdirilməsi metodları”, “Keyfiyyət menecment sistemində kargüzarlıq, ofis işinin təşkili”, “Kadrların planlaşdırılması və vəzifə təlimatları”, “Vaxtın idarəedilməsi” təlimlərində iştirak etmişdir. O, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunmuşdur. O, Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdür. Dr.Tamilla Əliyeva haqqında ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz:  https://customshospital.az/tamilla-aliyeva/. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment