1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Qaraciyərin sağlamlığı üçün hansı profilaktik tədbirlər görülməlidir?
14.04.2023

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, transplantoloq, t.ü.f.d. Dr.Mircəlal Kazımi “Həkim məsləhəti” rubrikasında  “Qaraciyərin sağlamlığı üçün hansı profilaktik tədbirlər görülməlidir?” sualını cavablandırıb.

Qaraciyər transplantasiyası əməliyyatına ehtiyac duyulmaması üçün xəstələr özlərini qorumalıdır. Belə bir deyim var: “xəstəliyin müalicəsi, ən əsası onun profilaktikası xəstəliyə yoluxmamaqdır“. Qaraciyərin sağlamlığının qorunması yolları hər birimizin ədəbiyyatlardatez-tez rast gəldiyi qorunma üsullarından ibarətdir.  Lakin təəssüflər olsun ki, bu qaydalara çox zaman riayət edə bilmirik. İlk olaraq, həyat tərzi, dieta, fiziki aktivlik qaraciyər sağlamlığının qorunmasında böyük önəm kəsb edir.

Son dönəmlər dəb halını almış enerji içkiləri, spirtli içkilərin xüsusilə gənclər tərəfindən geniş şəkildə istifadəsi gələcəkdə xroniki qaraciyər xəstəliklərinə gətirib çıxaran amillərdəndir. Bununla yanaşı, həddən çox qidalanma, yağlı qidalar və karbohidratlardan, o cümlədən “fast food” kimi qidalardan çox istifadə olunması qaraciyər yağlanmasına, uzun dönəmdə isə qaraciyərin xroniki xəstəliklərinə səbəb ola bilər.

Şəhərlərdə yaşayan insanların ən böyük problemlərindən biri də hərəkətsizlikdir. Hər gün bir saat yürüyüş etmək, idmanla məşğul olmaq bu kimi problemlərin qarşısının alınmasında böyük rol oynayır. Beləliklə, düzgün qidalanma, aktiv həyat tərzi qaraciyər xəstəliklərinin bir çoxundan qoruyur. 

Son illərdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlarda qaraciyərin yağlanmasına çox rast gəlinir. Bu isə zaman keçdikcə qaraciyər sirrozuna səbəb ola bilər. Qaraciyərin ciddi xroniki xəstəliklərindən qorunmaq üçün hər kəs vaxtında öz sağlamlığının qeydinə qalmalıdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment