1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının uzman həkim diyetoloqu Məlahət Kərimova
13.04.2023

Ramazan ayında  qidalanma digər aylardan fərqliliyi  gündəlik normada 3 dəfə qida qəbulunu 2 dəfəyə keçməsidir. Bu da 16 -17 saat açlıqla əlaqəli olaraq  gündəlik aldığımız enerjinin az olması və su balansının  miqdarı azalır. Nəticədə maddələr mübadiləsi  yavaşlayır. Aclıq əsnasında insulin   miqdarı  artır və yeməyə başladığımızda insulin cavabı   yüksək olur.  Uzun müddətdə  ac olduğumuzda yağ depolanmağa meyilli olur. Ramazan ayında qidalanma balansı düzgün şəkildə olmalıdır.Bu ayda kilo vermə çox olur amma bu  həmişəlik olmur. Tez müddıtdə verilən kilo geri alınır.

Oruc sırasında baş agrısı, halsızlıq, köp,  həzm sistemi və böyrək problemləri  ola bilər. Buna görə Ramazan menyusuna diqqət edilməlidi. Əsas olaraq maye balansı nəzarətə alınmalı və iftar və imsak arasında maye balansını tənzimlənməlidi. Gün ərzində 2-2,5 litr su istifadə edilməlidir. Yetərli maye qəbul edilmədiyində vücut maye balansı azalır, su- duz balansı  pozulur və yuxululuq, qan təzyiqinin düşməsi, mədə ağrısı, həzm sistemində problemlər ortya çıxar.

Ramazan ayında  qan şəkərini sürətli artıran,qlisemik indeksi yüksək qidalarda uzaq durmalı. Iftar və imsaqda  un və un məhsullarından (bulka, düşbərə,x əngəl və s.) hazırlanılan qidalardan istifadə edilməməlidir. Bu qidalar  köp, həzimsizlik, qan şəkərinin yüksək artımı kimi sağlıq problemlərinə yol açır.

Bəzən  insanlar imsaka qalxmırlar və ya gecə yatmadan əvvəl yetərincə qidalanıb və imsaqa qalxıb su içirlər. Bu da aclıq saatının çox olması,  halsızlıq, baş ağrılarına,  mədə turşuluğunun artmasına səbəb olar. İmsakda həzm sistemin yavaşladan qida dəyərləri yüksək olan  yeməklərdən istifadə  edilməlidir. Şirniyyatlardan  uzaq durmalı, duzlu yeməklərdən , qızardılmış qidalardan uzaq  durmaq lazımdır. 

16-17 saat aclıq zamanı iftarda tez bir zaman içərisində  qidalanmamalıyıq ki,  köp kimi problemlərlə qarşılaşmayaq. Karbonhidrat, potasyum və maqnezumdan zəngin olan  Xurma ilə başlamaq  daha məsləhətlidir. Daha sonra 1 orta boy kasa şorba  və 1 dilim  kəpəkli çörəklərdən istifadə edilməlidir. Sonra qidalnmağa 20 dəqiqə fasilə verilməli və digər yeməklərə keçmək lazımdır. İfatrdan sonra gəzinti etmək  həzm sistemində böyük rolu var. Kofe, qazlı içkilərdən imtina edilməli. Meyvə  iftar və imsak arasında tükətilməli,100 qrama qədər dondurmadan istifadə etmək olar. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment