1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, transplantoloq, t.ü.f.d. Dr.Mircəlal Kazımi
13.04.2023

“Həkimlərimizi tanıyın!” rubrikamızda Dr.Mircəlal Kazımini təqdim edirik

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, transplantoloq, t.ü.f.d. Dr.Mircəlal Kazımini təqdim edirik.

DR.MİRCƏLAL KAZIMİ Mərkəzi Gömrük Hospitalında ümumi cərrahiyyə, qaraciyər transplantasiyası, böyrək transplantasiyası əməliyyatlarını, qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi sistemi cərrahiyyəsi, böyrəküstü vəzi əməliyyatı, qida borusu, mədə, 12-barmaq bağırsaq cərrahiyyəsi, yoğun bağırsaq, düz bağırsaq cərrahiyyəsi, qarın ön divarı yırtıqları üzərində cərrahi əməliyyatları laparoskopik və açıq üsulla həyata keçirir. 

Dr.Mircəlal Kazımi 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsində təhsil almış, 2000-2001-ci illərdə M.Nağıyev adına Kliniki Təcili Tibbi Yardım Xəstəxanasında ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. Mircəlal həkim 2003-2008-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Cərrahiyyə və orqan transplantasiyası şöbəsində təhsilini davam etdirərək uzmanlıq dərəcəsini almışdır. O, 2007-2009-cu illərdə Ege Universitetinin Tibb Fakültəsi, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrasında orqan transplantasiyası üzrə qaraciyər və böyrək sahəsində təkmilləşmiş və Orqan transplantasiyası və Hepatobiliyar cərrahiyyə bölməsinin məsul şəxsi kimi fəaliyyət göstərmişdir. Mircəlal həkim 2008-ci ildə  dövlət tibb müəssisəsinin Endoskopik cərrahiyyə şöbəsində həkim-cərrah kimi fəaliyyətə başlamış, qısa müddət ərzində Cərrahiyyə və Orqan transplantasiyası şöbəsini yaratmış və 2018-ci ilə qədər fəaliyyət göstərmişdir. O, 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, cərrah transplantoloq kimi fəaliyyət göstərir.

Dr.Mircəlal Kazımi daim öz üzərində çalışan cərrahdır, dünya tibb aləmində baş verən hadisələri müntəzəm olaraq izləyir, tibbin nailiyyətlərini öyrənir və işini müasir texnologiyalara əsaslanaraq qurur. O, 2009-2010-cu illərdə İzmir şəhərinin “Kent” xəstəxanasında qaraciyər transplantasiyası, 2012-ci ildə Cənubi Koreyanın Seul şəhəri, “Asan Medical Center”-də, hepatobiliyar cərrahiyyə və qaraciyər transplantasiyası proqramı üzrə təlimlərdə iştirak edib.  

Mircəlal həkim Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 1000-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr.Mircəlal Kazımi tərəfindən həyata keçirilib. 

Dr. Mircəlal Kazımi haqqında ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz:  https://customshospital.az/mircelal-kazimi/  Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment