1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət” və QDİƏT-in baş katibliyi arasında növbəti görüş keçirilib
12.04.2023

12 aprel 2023-cü il tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə QDİƏT-in “İnstitusional İslahatlar və Yaxşı İdarəçilik” üzrə işçi qrupunun onlayn formatda növbəti görüşü baş tutub. Məqsəd Təşkilata üzv dövlətlərin müvafiq sahələrdə fəaliyyəti və nailiyyətləri üzrə təcrübə mübadiləsi aparmaq, əməkdaşlıq şəbəkəsini genişləndirmək, eləcə də işçi qrupunun növbəti aylar üçün nəzərdə tutulmuş fəaliyyət planının müzakirəsi olub.

Dövlət Agentliyi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəsi nəticəsində QDİƏT-ə üzv dövlətlər tərəfindən müvafiq işçi qrupun 2021-2023-cü illər üçün koordinatoru seçilib.

Dövlət Agentliyinin nümayəndəsi yaxşı idarəçillik sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğuluyaraq işçi qrupuna gələcək fəaliyyətində uğurlar arzulayıb. QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin (PERMIS) Baş katibinin birinci müavini Merve Kavakçı Dövlət Agentliyinə fəal iştirakına və təcrübəsini digər üzv dövlətlərlə bölüşdüyünə görə minnətdarlığını bildirib.

Görüş zamanı iştirakçılara Dövlət Agentliyinin ümumi fəaliyyət istiqamətləri, layihələri, dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəsinə görə Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi mükafatına layiq görülməsi, o cümlədən cari ilin 3 aprel tarixində BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın “ASAN xidmət” modelinə əsaslanan “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamənin qəbul edilməsi barədə ətraflı məlumat verilib.

Cari ilin iyun ayında Dövlət Agentliyi və QDİƏT-in baş katibliyinin birgə təşkilatçılığı ilə “Dövlət sektorunda innovasiyaların rolu üzrə təcrübənin bölüşülməsi” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment