1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjası Mütəşəkkil Kapital Bazarının infrastrukturunu müasirləşdirən və müasir texnologiyalara cavab verən
03.04.2023

Bakı Fond Birjası Mütəşəkkil Kapital Bazarının infrastrukturunu müasirləşdirən və müasir texnologiyalara cavab verən “Baku stock Exchange Trading Platform” (BETP) adlı yeni ticarət sistemi və Milli Depozit Mərkəzi tərəfindən “CEDAR” adlı Mərkəzi Depozitar Sistemi istifadəyə verilmişdir

Mərkəzi Bank tərəfindən Maliyyə sisteminin mühüm sahəsi kimi qiymətli kağızlar bazarının inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu sahədə mütərəqqi hüquqi, təşkilati tədbirlər həyata keçirilmiş, zəruri normativ hüquqi baza və tənzimləmə mexanizmləri yaradılmışdır.

31 mart 2023-cü il tarixində Bakı Fond Birjası (BFB), Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və maliyyə texnologiyaları sahəsində qabaqcıl korporasiyalardan biri olan Montran şirkəti tərəfindən yaradılan Qiymətli Kağızlar üzrə Ticarət Sistemi (BETP) və Mərkəzi Depozitar platforması (CEDAR) uğurla istifadəyə verilmişdir.

Yeni yaradılan sistemlər qiymətli kağızlarla həyata keçirilən bizness proseseləri səmərəli şəkildə idarə etməyə imkan verir. Bu sistemlər ən yaxşı təcrübələrə və ISO 20022 standartlarına uyğun olaraq qurulmuşdur.

Bakı Fond Birjası tərəfindən istismara verilən BETP Ticarət Sistemi, Milli Depozit Mərkəzinin CEDAR adlı Mərkəzi Depozitar Sistemi Azərbaycanın Kapital Bazarı İnfrastrukturunun təkmilləşdirilməsində və ölkənin qiymətli kağızlar bazarının dayanıqlı şəkildə inkişaf etdirilməsində mühüm rol oynayacaqdır. BFB-nin BETP Ticarət Sistemi vasitəsilə qiymətli kağızlar real vaxt rejimində alqı-satqısına və repo əməliyyatlarının həyata keçirilməsinə imkan verir.

Bakı Fond Birjası haqqında:

“Bakı Fond Birjası” QSC Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjasıdır. Bakı Fond Birjasının əsas missiyası maliyyə vəsaitlərinin yerli emitentlər tərəfindən cəlb olunması üçün vasitələrin geniş spektrinin təmin olunması vasitəsilə Azərbaycan Respublikasının iqtisadi artımına yardım, maliyyə sistemində satış qabiliyyətinin təkrar paylanması üçün platformanın təmin olunması, yerli və əcnəbi investorlar üçün şəffaf investisiya mühitinin təqdim olunmasıdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment