1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bu gün Azərbaycan Banklar Assosiasiyasının yaranmasından 33 il ötür
30.03.2023

Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaradılmasından 33 il ötür.

Hazırda ABA-nın 25 bank və 5 qeyri-bank təşkilatı olmaqla 30 üzvü var.

ABA üzv təşkilatların birgə korporativ maraqlarını təmsil edən, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, bank sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi platformadır.

ABA-nın tərkibində “Azərbaycan Bank Tədris Mərkəzi”, bundan əlavə “Banklar və Biznes qəzeti”, “Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar bağça-lisey-məktəb kompleksi” kimi törəmə qurumları, “Bank Ombudsmanı” və “Münsiflər Məhkəməsi” fəaliyyət göstərir.

Eyni zamanda, bank sektorunun qarşısındakı imkanlar və çağırışları müzakirə edən, ideya və təkliflər verən, bankların rəhbər nümayəndələrindən ibarət 14 Ekspert Qrupu da ABA-nın strukturuna daxildir.

ABA çoxsaylı xarici bank assosiasiyaları, beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir.

Fəaliyyət göstərdiyi müddətdə ABA Azərbaycan Respublikasının Mərkəzi Bankı, qanunverici, icraedici və məhkəmə orqanları, ictimai təşkilatlar və beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri yaratmış və bununla da qanunvericiliyin təkmilləşdirilməsi, bank infrastrukturunun formalaşması, ölkədə həyata keçirilən iqtisadi islahatların bank sektoru tərəfindən dəstəklənməsi, bankların beynəlxalq əlaqələrinin qurulması, ümumilikdə bank-maliyyə sektorunun inkişafı üzrə əhəmiyyətli işlər görməkdədir.

ABA eyni zamanda çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçılığı və ev sahibliyini həyata keçirir. Bunlara hər il Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammiti (FİNTEX SUMMİT) və Beynəlxalq Bankçılıq Forumunu qeyd etmək olar.

Qarşımızda duran prioritet hədəflərimiz ölkədə maliyyə savadlılığının artırılması, maliyyə xidmətlərinə əlçatanlığın genişləndirilməsi və sektorda rəqəmsallaşmanın inkişafı, vətəndaşlarımıza müasir və etibarlı bank-maliyyə xidmətlərinin təqdim edilməsi, müştəri məmnunluğunun maksimum təmin edilməsi, eləcə də işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun qurulması, həyata keçiriləcək “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına, yeni bizneslərin maliyyələşməsinə dəstək göstərmək istiqamətində görülən işlərdə yaxından iştirak etməkdir.

Dəyərli üzvlərimizi, onların rəhbərlərini, əməkdaşlarını, ekspert qruplarımızın üzvlərini ABA-nın yaranması münasibətilə təbrik edir və birlikdə olduğumuza görə hər birinə təşəkkür edirik!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment