1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Ən çox mükafatı ABB qazandı!
02.03.2023

Azərbaycan Banklar Assosiasiyası ABB-nin ötən il həyata keçirdiyi bir sıra layihələri mükafatlandırıb. 2022-ci ilin nəticələrinə görə ABB 6 nominasiya üzrə mükafatlandırılıb: “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə layihələr”. 

Qeyd edək ki, ABB ötən il sosial məsuliyyət proqramı çərçivəsində Şuşanın mərkəzindən Cıdır düzünə aparan yolun təmir-bərpasını həyata keçirib. Ağdamda Günəş panellərinin qurulmasına dəstək verib. Azərbaycan Boks Federasiyası ilə tərəfdaşlıq çərçivəsində boksçularımızın yerli və beynəlxalq yarışlarda iştirakına dəstək olub. Şuşada ilk dəfə keçirilən "Shusha Chess 2022" beynəlxalq şahmat turnirinə sponsorluq köməyi göstərib. Əhalinin maliyyə savadlılığının artması məqsədilə ayrı-ayrı radiolarla birgə maarifləndirici layihələr reallaşdırıb.

ABB Tech Akademiyasında informasiya texnologiyaları sahəsində bilik və bacarıqlara yiyələnmək istəyənlər üçün təqaüdlü təhsil proqramlarını davam etdirib. Kitab nəşri, jurnalistlərin rəqəmsallaşma sahəsində fərdi inkişafı məqsədilə tədbirlər həyata keçirib. 

2022-ci ildə ABB kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirləri davam etdirib. O cümlədən regionlarda iş adamları üçün “Rəqəmsal sahibkarlıq” mövzusunda təlimlər keçirib. Ötən il Bank nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində də ardıcıl addımlar atıb. Gənc müştəri seqmenti üçün TamKart Gənc məhsulunu yaradıb. Google Pay ödəniş həllini müştərilər üçün əlçatan edib. Yeni İnternet Bankçılıq xidmətini, Business mobile tətbiqini korporativ müştərilərinin istifadəsinə verib. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment