1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Bankçılıq Mükafatları- 2022” tədbiri keçirilib
01.03.2023

28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları - 2022” adlı tədbiri də baş tutmuşdur.

ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri iştirak edib.

Mükafatlandırma mərasimində qeyd edilib ki, 2022-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.

Belə ki, 2022-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “ABB” ASC, “AFB Bank” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC,  “Bank VTB (Azərbaycan)" ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC mükafatlandırılıb.

“Ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə “ABB” ASC, “Accessbank” QSC, “Bank VTB (Azərbaycan)" ASC, “Expressbank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC mükafata layiq görülüb.

“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “ABB” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)" ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC təltif edilib.

“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “ABB” ASC təltif edilib.

“Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası üzrə “ABB” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “PAŞA Bank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC mükafatlandırılıb.

“Elektron bankçılıq üzrə layihələr” nominasiyası üzrə “ABB” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC, “Azərbaycan Kredit Bürosu” MMC mükafatlandırılıb.

“Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri” nominasiyası üzrə “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Yelo Bank” ASC mükafatlandırılıb.

“Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası üzrə “Bank of Baku” ASC-nin Ödəniş sistemləri Departamentinin direktor müavini Tamerlan Rüstəmov və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov mükafatlandırılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment