1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub
22.02.2023

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin İdarə Heyətində dəyişiklik olub. 2020-ci ilin mayından “Unicapital” İnvestisiya Şirkətinin Baş direktoru olan Tahir Qəribov digər vəzifəyə təyinatı ilə əlaqədar olaraq, öz xahişi ilə buradakı vəzifəsindən ayrılıb. 

Qeyd edək ki, Tahir Qəribovun rəhbərliyi altında son 3 il ərzində Unicapital ciddi inkişaf yolu keçib, çoxsaylı beynəlxalq mükafatlar alıb. Bu müddətdə İnvestisiya Şirkətinin layiq görüldüyü mükafatlar siyahısında Böyük Britaniyanın “International Finance” jurnalının araşdırmasının nəticəsi olaraq təqdim olunan “Azərbaycanın Ən İnnovativ Maliyyə Təşkilatı – 2021”, “Azərbaycanda Ən Yaxşı Foreks Provayderi – 2021”, “Azərbaycanın Ən Yaxşı İnvestisiya Şirkəti – 2020” nominasiyaları , “Fintex Summit 2022”də dəstək və iştirakına görə mükafat və digər nominasiyalar var.

“Unicapital İ.Ş.” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 21 fevral 2023-cü il tarixindən etibarən “Unicapital” İŞ-nin Baş direktoru vəzifəsini Vüqar Faiq oğlu Namazov icra edəcək.

Vüqar Namazov 13 ildən artıq Bakı Fond Birjasında müxtəlif rəhbər vəzifələrdə, o cümlədən İdarə Heyətinin sədri olaraq fəaliyyət göstərib. “Unicapital” İ.Ş. komandasına qoşulmazdan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-də İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində çalışıb. Eyni zamanda, “UNEC İslam Maliyyə Mərkəzi”nin tədqiqatçısıdır.

Vüqar Namazov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Maliyyə-kredit” ixtisası üzrə bakalavr və 2007-ci ildə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr təhsili alıb. Bir çox beynəlxalq ixtisas sertifikatlarının, o cümlədən, “Layihələrin İdarə Edilməsi İnistitutu” nun (PMI, ABŞ) “Peşəkar Layihə Meneceri” (PMP) sertifikatının sahibidir. 2021-ci ildə Kellogg Biznes Məktəbinin “Təşkilati liderlik” proqramı üzrə təhsil alıb.

Bu gün müştəri sayı 500 000-i keçmiş “Unicapital” İ.Ş. investorlara 20 000-dən çox maliyyə aləti ilə həm yerli, həm də xarici maliyyə bazarlarında ticarət imkanı yaradıb. Şirkət ölkənin investisiya sahəsində olan reytinq cədvəllərində qabaqcıl mövqeləri tutur.

Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment