1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankda tədqiqat işlərinin ictimai müzakirəsi
21.02.2023

Azərbaycan Respublikasının Mərkəzi Bankı daxili və xarici iqtisadiyyatda, maliyyə bazarlarında baş verən prosesləri davamlı olaraq təhlil və tədqiq edir. Bu çərçivədə hər il həyata keçirilmiş tədqiqatların bankdaxili müzakirəsi təşkil olunur. Cari ildə ilk dəfə olaraq bu tədqiqatların geniş ictimai müzakirəsi təşkil olunmuşdur. İctimai müzakirələr “tədqiqat həftəsi” adı ilə vebinar formatında 2023-cü ilin 13-17 fevral tarixlərində keçirilmişdir. Vebinar müzakirələri hər gün bir tədqiqat işi olmaqla 5 tədqiqat işinə həsr olunmuşdur. Müzakirələrə ümumilikdə 300 nəfərə yaxın iştirakçı qatılmışdır.

Vebinarlarda müxtəlif universitetlərin müəllim və tələbələri, həmçinin dövlət qurum və orqanlarının əməkdaşları iştirak etmişdir. İctimai müzakilər zamanı iştirakçılara cari əməliyyatlar balansı əsas komponentlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması, Azərbaycanda inflyasiyanın iqlim dəyişikliklərinə reaksiyasının qiymətləndirilməsi, ev təsərrüfatlarının istehlakı üzrə naukastinq modelinin qurulması, bank kreditlərinin tələb və təklif amillərinin qiymətləndirilməsi, ödəniş məlumatları əsasında ÜDM-in naukastinqi modelinin qurulması mövzularında tədqiqat işləri təqdim edilmişdir. Tədqiqat işləri üzrə məqalələrlə Mərkəzi Bankın rəsmi internet səhifəsindən (https://www.cbar.az/page-48/working-paper-series) tanış ola bilərsiniz.

Hər gün orta hesabla 2 saat davam edən müzakirələrdə iştirakçıların çoxsaylı sualları cavablandırılmış, onların rəy və təklifləri növbəti tədqiqatlarda nəzərə alınmaq məqsədilə dinlənmişdir.

Mərkəzi Bankda növbəti illərdə aparılacaq tədqiqatların də açıq ictimai müzakirəsinin keçirilməsi nəzərdə tutulur.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment