1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank AKİA-ın dəstəyi ilə 448 fermerə dəstək oldu
21.02.2023

 AccessBank aqro sahədə fəaliyyət göstərən sahibkarlara dəstək olmaqda davam edir. Bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığının nəticəsi olaraq, 2022-ci ildə 448 sahibkar kənd təsərrüfatı üzrə müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə güzəştli kreditlərdən faydalanıb. 

AccessBank bu çərçivədə 2022-ci ildə dövlət xətti ilə fermerlərə 5 378 500 AZN həcmində kredit verib. Bu kreditləşmə üzrə maksimal məbləğ 19 000 AZN təşkil edib. Bərdə, Gəncə, Lənkəran sahibkarları bu kreditin alınmasında daha fəal iştirak ediblər. Sahibkarlar ən çox heyvandarlıq, arıçılıq, əkinçilik, bağçılıq sahələri, həmçinin aqrotexniki xidmətlərin inkişafı üçün müraciət ediblər.   

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2020-ci il tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Bu dönəmdən sonra fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün kreditlərin verilməsinə başlanılıb. Fermerlərə əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə 15.000 AZN civarında mikrokredit, kənd təsərrüfatı istehsal vasitələrinin əldə edilməsi üçün isə  200 000 AZN civarında kredit təklif olunur.

Aqro kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün:  

https://www.accessbank.az/az/business/loans/alda-loans/

Fermerlər təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin AccessBank-ın 151 Əlaqə mərkəzinə zəng edə və ya bankın filiallarına  yaxınlaşa bilərlər.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment