1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank-ın əməkdaşı İnnovasiya üzrə mükafat aldı
19.12.2022

Xəbər verdiyimiz kimi 13 dekabr 2022-ci il tarixində Azərbaycanda 2-ci dəfə İllik İnnovasiya Sammiti keçirildi. “Bakı dünyaya səslənir!” şüarı ilə keçirilən tədbir PAŞA Holding-in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutdu. Kapital Bank isə sammitin baş sponsoru idi. 

Sammit çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq İnnovasiya sahəsində çalışan dövlət və özəl sektor nümayəndələrinə "IDDA Awards" mükafatı təqdim edildi. Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə də bu mükafat çərçivəsində “Ölkənin İnnovasiya sahəsinin ən dəyərli insanı” mükafatına layiq görüldü. Kapital Bank ölkə bankları arasında mükafat alan yeganə maliyyə qurumu idi. 

Qeyd edək ki, sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və bununla da regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərmək idi. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment