1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB 9, 10, 11-сi sinif şagirdləri üçün Riyaziyyat Yarışmasına qeydiyyatı elan etdi!
19.12.2022

İstedadlara dəstəyi ilə ölkəmizin gələcəyinə töhfə verən ABB gənclər üçün möhtəşəm yarışma elan edib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə keçirilən ABB Riyaziyyat Yarışmasının məqsədi riyaziyyat sahəsində xüsusi istedadı olan gəncləri üzə çıxarmaq, onların informasiya texnologiyalarına marağını artırmaq və bu sahədə inkişaflarına kömək göstərməkdir. 

ABB Riyaziyyat Yarışmasında Azərbaycanda təhsil alan bütün 9, 10, 11-ci sinif şagirdləri iştirak edə bilər. Yarış 3 mərhələdən ibarət olacaq. Qeydiyyatdan keçmiş şagirdlər birinci mərhələdə onlayn imtahan verib 10 riyazi sualı cavablandıracaqlar. İkinci mərhələnin imtahanı onlayn formatda, xüsusi müşahidə platformasının tətbiqi ilə təşkil ediləcək. İkinci mərhələdə ən yüksək bal toplamış iştirakçılar müsahibə mərhələsində iştirak edəcəklər. Bu mərhələni uğurla başa vurmuş 30 nəfər Bakıda 10 günlük intensiv riyaziyyat təlimlərində iştirak imkanı qazanacaq. Regionlardan gəlmiş iştirakçıların bütün xərcləri qarşılanacaq. Təlimlərin sonunda final yarışı təşkil ediləcək. Nəticədən asılı olaraq 1-ci, 2-ci və 3-cü yerin qalibləri seçiləcək. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat veriləcək. Yarışmanın təşkilinə beynəlxalq olimpiadalarda təcrübəsi olan yerli və xarici mütəxəssislər cəlb olunacaq. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB istedadlara dəstəyini bütün sahələrdə davam etdirir. ABB Riyaziyyat Yarışması orta məktəblərin yuxarı siniflərində təhsil alan gənclərimiz üçün böyük bir fürsətdir. Bu yarışmaya qatılacaq istedadlar arasından gələcək inkişafın peşəkar mütəxəssislərini seçmək istərdik. Əminik ki, yüksək riyazi biliklərə malik gənclərimiz bu yarışmaya böyük maraq göstərəcəklər və ABB Riyaziyyat Yarışmasında iştirak onların ən böyük uğurlarının başlanğıcı olacaq”.  

Yarışmada iştirak üçün yanvarın 10-dək bu linkdə qeydiyyatdan keçmək olar: https://abbtech.az/

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment