1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB bu il qeyri-neft sektoruna 1 milyard manatdan çox kredit verib
25.10.2022

Müsahibimiz Bankın Korporativ biznes departamentinin direktoru Ülvi Qasımovdur

-ABB bu günlərdə bizneslər üçün mobil tətbiqini istifadəyə verdi. Bu tətbiqdən əsas gözləntiləriniz nədir? 

 -ABB rəqəmsallaşma proseslərini uğurla həyata keçirir və müştərilərin işini getdikcə asanlaşdırır. Rəqəmsal bank xidmətlərinin faydalarını hiss etdikcə fərdi müştərilərimiz kimi, korporativ müştərilərimizin də bu xidmətlərə marağı artır. 

Ötən il biz hüquqi şəxs və sahibkarlar üçün tam yenilənmiş İnternet Bankçılıq xidmətimizi istifadəyə verdik. Artıq korporativ əməliyyatların 90%-dən çoxu İnternet Bankçılıq xidmətimiz vasitəsilə banka gəlmədən məsafədən həyata keçirilir. ABB business mobil tətbiqimizi də bu sahədə imkanları genişləndirmək məqsədilə yaratmışıq. Bizneslərə lazım olan bir çox bank xidmətlərindən ABB-nin filial və şöbələrinə gəlmədən, eləcə də İnternet Bank sisteminə daxil olmadan istənilən yerdən bu tətbiqlə 24/7 rejimində faydalanmaq olur. Tətbiqin geniş imkanlarından həm böyük korporativ müştərilər, həm də kiçik və orta sahibkarlar, o cümlədən sahibkar fiziki şəxslər yararlana bilər. ABB business mobil tətbiqindən istifadə edərək cəmi bir neçə toxunuşla bir çox əməliyyatları anında yerinə yetirmək mümkündür. Əminik ki, tətbiqdən getdikcə daha çox müştəri istifadə edəcək və onun imkanlarından faydalanacaq. Belə yeniliklər bizə tərəfdaşlarımızla inteqrasiya proseslərini uğurla aparmağa, bu cür rəqəmsal həllər üzərindən bank fəaliyyətindən kənar digər xidmətləri də müştərilərimiz üçün əlçatan etməyə kömək göstərir. 

-ABB hazırda real sektorun maliyyələşdirilməsində necə iştirak edir? 

-Bu ilin 9 ayı ərzində Bankımız 1 milyard 56 milyon manat məbləğində biznes krediti verib. Bizim üçün xüsusilə qürurvericidir ki, bu il verdiyimiz, demək olar bütün kreditlər ancaq qeyri-neft sektoruna aid layihələrin maliyyələşdirilməsi üçün ayrılıb. Bunlar, əsasən, istehsalat, kənd təsərrüfatı, nəqliyyat, ticarət və tikinti sahələrinə aid layihələrdir. ABB-də bu ilin 9 ayında 998 yeni hüquqi şəxs hesabları açılıb və ümumi hesab sayı 14 832-ə çatıb. Eləcə də sahibkar fiziki şəxs hesabları 8758 hesab sayı artaraq 76 262 olub. 

-Hazırda ABB biznes kreditlərini hansı şərtlərlə təklif edir?  

-Biz hər bir müştərimizə fərdi yanaşırıq. Layihənin miqyasından, müştərinin ABB ilə uzunmüddətli tərəfdaşlığından, risk dərəcəsindən və s. kimi amillərdən asılı olaraq kredit faizlərimiz də dəyişə bilər. Ümumilikdə isə ABB-də biznes kreditləri 1 aydan 84 ayadək müddətə, manatla 5% dərəcəsindən başlanan faizlərlə və ödəniş forması annuitet, fərdi və yaxud sərbəst ödəniş cədvəli əsasında verilir. 

ABB milli valyutada öz vəsaiti ilə yanaşı Sahibkarlığın İnkişafı Fondunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun da müvəkkil bankıdır və bizneslərə bu təşkilatların vəsaitləri hesabına da kreditlər ayırır. 

Yeni layihələri olan, böyük maliyyə tərəfdaşı axtaran, akkreditiv, qarantiya və digər belə sənədli əməliyyatlarla bağlı dəstəyə ehtiyacı olan hər bir iş adamı ABB-yə müraciət edə bilər. Biz filiallarımızın hər birində böyük məmnuniyyətlə biznes layihələrini qəbul etməyə, dəyərləndirməyə və maliyyələşdirməyə hazırıq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment