1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Muğanbankın AYİB ilə birgə layihəsi uğurla tamamlanıb
09.09.2022

Avropa Yenindənqurma və İnkişaf Bankı (AYİB), Avropa İttifaqı (Aİ) və Türkiyə Maliyyə və Xəzinədarlıq Nazirliyi tərəfindən maliyyələşdirilən proqram uğurla başa çatıb. Yerli maliyyə sisteminin dayanıqlılığının artırılmasına və mikro, kiçik və orta müəssisələrin kreditləşməsinin stimullaşdırılmasına yönəlmiş proqramda "Muğanbank" ASC iştirak edib.

Proqramın birinci istiqaməti strategiyanın gücləndirilməsi və biznes planlaşdırmanın möhkəmləndirilməsi, risklərin idarəedilməsi, informasiya texnologiyaları və problemli kreditlərin həlli məsələlərinə yönəlmişdi. İkinci istiqamət isə kredit əməliyyatları, marketinq strategiyası, işçilərin təlimi, monitorinqi və bərpa bölmələrinin yaradılması yolu ilə KOS-ların maliyyə imkanlarının genişləndirilməsinə yönəlmişdir.

Layihənin bağlanmasına həsr olunan tədbirdə çıxışı zamanı AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova proqramın uğurla başa çatdığını vurğulayıb.

Əlavə olaraq Azərbaycan Maliyyə Vasitələri Potensialının Gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq Proqramının həyata keçirilməsində uğurla iştiraklarına görə Muğanbankın İdarə Heyətinin Sədri Elnur Abbasov, Baş direktoru Asif Əzizov, Biznes proseslərinin idarəedilməsi departamentinin direktoru Novruz Qocalı, İnformasiya Texnologiyaları departamenti direktorunun müavini Vadim Qreçnev və Kreditlərin monitorinqi və layihələrin maliyyələşdirilməsi şöbəsinin baş mütəxəssisi Elman Eminov sertifikat ilə təltif edilmişdirlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment