1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB bir neçə korporativ müştərisini beynəlxalq sərgi və festivala göndərdi
06.09.2022

01 - 04 sentyabr 2022-ci ildə Türkiyənin İstanbul şəhərində 30-cu World Food İstanbul sərgisi keçirilib. ABB qida sənayesi sahəsində fəaliyyət göstərən korporativ müştərilərindən bir qrupunun sərgidə iştirakına şərait yaradıb. Məqsəd yerli istehsalçıların qlobal bazarlardakı yeni trendlərlə tanışlığı, eləcə də işgüzar əlaqələrinin inkişafına dəstəkdir. 

ABB-nin təşkil etdiyi heyət səfər çərçivəsində Qida və İçki məhsulları, Qida İşləmə Texnolojiləri Festivalına da (CNR Food İstanbul) qatılıb. Bu festival 2022-ci ildə qlobal səviyyədə təşkil olunan ən böyük ticarət platformasıdır. Dünyanın qida sektorunun ən önəmli təmsilçiləri bu festivalda bir araya gəlir. ABB nümayəndələri və Bankın korporativ müştəriləri sərgi və festivalda yeni məhsul çeşidləri ilə tanış olublar. Xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirərək gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər. 

ABB-nin korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, bu cür maraqlı təşəbbüslər Bankın müştəri loyallığı proqramından irəli gəlir: “ABB olaraq biz müştərilərimizin biznesinə maksimum faydalı olmağa çalışırıq. Sərfəli məhsul şərtlərimizlə, hər bir müştərimizə fərdi yanaşmamızla, onların işinə dəstəyimizlə bizneslərin etibarlı maliyyə tərəfdaşıyıq. Hər bir biznes qurumunu ABB-nin yaratdığı imkanlardan faydalanmağa çağırırıq”. 

 ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment