1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


ARDNŞ ötən il Gürcüstan büdcəsinə 165,3 mln. dollar vergi ödəyib
01.02.2013

Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda fəaliyyət göstərən törəmə müəssisələri üçün uğurlu olub. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, müəssisələr vasitəsi ilə Gürcüstan bazarına 383 440 ton neft məhsulu idxal edilib ki, bunun da 328 435 tonu və ya 86%-i Azərbaycan mənşəli məhsulların payına düşüb.

Ötən il SOCAR brendi ilə fəaliyyət göstərən 8 yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib, bununla da həmin məntəqələrin sayı 100-ə çatdırılıb. Neft məhsullarının satışı ilə məşğul olan «SOCAR Georgia Petroleum» MMC tərəfindən 2006-2012-ci illərdə Gürcüstanda ümumilikdə 149,7 mln. dollar məbləğində investisiya yatırımı həyata keçirilib. Gürcüstan hökuməti ilə ARDNŞ arasında imzalanmış müqaviləyə əsasən, «SOCAR Gas Export-Import» MMC vasitəsilə 2012-ci il ərzində Gürcüstan bazarına 1,394 mlrd. kubmetr təbii qaz idxal olunub.

Gürcüstanın təbii qazla təminatında mühüm rol oynayan «SOCAR Georgia Gaz» MMC 176 780 abonentə xidmət göstərir. Müəssisə 2012-ci ildə Gürcüstanda 1 430 km uzunluğunda yeni qaz xətləri çəkib, nəticədə 39 500 abonent təbii qazla təmin olunub. Ümumiyyətlə, indiyə kimi MMC tərəfindən çəkilən qaz xətlərinin uzunluğu 2 790 km təşkil edir. «SOCAR Georgia Gas» vasitəsilə ötən il Gürcüstan bazarına 532,6 mln. kubmetr təbii qaz idxal olunub. Bundan başqa, ARDNŞ ötən il «Itera» MMC-nin Gürcüstanda fəaliyyət göstərən «Itera Georgia» ASC-yə məxsus səhmləri alaraq, Tbilisidən başqa Gürcüstanın bütün bölgələrinin qazla təminatını nəzarətə götürüb.

Hesabat ilində «SOCAR Georgia» holdinqinə məxsus şirkətlər tərəfindən Gürcüstanın dövlət büdcəsinə bütün növ vergi tutulmaları üzrə 269,515 mln. ları və ya təqribən 165,347 mln. dollar məbləğində vəsait ödənilib.

Məlumatda həmçinin bildirilir ki, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin xətti ilə geniş sosial yönümlü layihələr də icra olunub. Ötən ilin sentyabr ayında Tbilisidə Nümayəndəliyin 7-mərtəbəli inzibatı binası istifadəyə verilib. Şirkətin xaricdəki ən böyük ofisi olan bu binada «SOCAR Georgia» holdinqinə daxil olan bütün şirkətlər üçün əlverişli iş şəraiti yaradılıb. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda isə müasir dizaynda «Çay Evi» tikilərək istifadəyə verilib. «Əhali burada şahmat, rəqs dərnəyi, xalçaçılıq, ingilis dili kursları və s. bu kimi fəaliyyət növləri ilə məşğul olur», - deyə ARDNŞ-in yaydığı məlumatda bildirilir.

Rustavi şəhərində yerləşən və Heydər Əliyevin adını daşıyan parkda böyük tikinti və abadlıq işləri görülüb. M.F.Axundovun Tbilisi şəhərində yerləşən ev-muzeyində bütün təmir-tikinti işləri tam başa çatdırılıb. Saqarejo rayonunun Yormuğanlı və Badiauri kəndlərinə içməli su çəkilişi davam etdirilir və yaxın vaxtlarda bu layihə başa çatdırılacaq. Bundan başqa, 2012-ci ildə tələbə və təqaüd proqramı çərçivəsində Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan 447 gəncin illik təhsil haqqı ödənilib, təhsilində fərqlənən 205 tələbəyə isə təqaüdlər verilib. Tibbi xidmətə və əməliyyatlara ehtiyacı olan 72 ailəyə maddi yardım edilib. Azərbaycanlıların sıx məskunlaşdığı rayonlarda tikinti-abadlıq işləri həyata keçirilib, məktəb binaları təmir edilib, yollar salınıb, körpülər tikilib. İdmana dəstək məqsədilə Gürcüstan Şahmat Federasiyası və Gürcüstan Futbol Federasiyasına sponsorluq dəstəyi davam etdirilir.

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment