|
|
|
Lizinq | | | «Aqrolizinq» ötən il 28,4 mln. manat dəyərində kənd təsərrüfatı texnikası satıb |
29.01.2013 | |
| |
Ötən il ərzində «Aqrolizinq» ASC-nin xətti ilə Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı istehsalçılarına 28,4 mln. manat dəyərində texnika satılıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 674 ədəd müxtəlif növ traktor, 651 ədəd kotan, 154 ədəd səpici aqreqat, 121 ədəd otbiçən, 96 ədəd çiləyici və tozlayıcı maşın, 48 ədəd taxılyığan kombayn, 33 ədəd bağarası frez, 29 ədəd gübrəsəpən maşın, 23 ədəd ot dırmıqları, 15 ədəd traktor yedəkləri (qoşqular), 12 ədəd taxıl-toxum təmizləyən və 135 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və verilib.
www.apa.az
|
|
|
|