1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank ADA Universitetində keçirilən karyera həftəsində iştirak edir
19.04.2022

Unibank əməkdaşları “Karyera həftəsi” çərçivəsində ADA Universiteti tələbələrinə müxtəlif mövzularda seminarlar keçəcəklər. 18-27 aprel tarixlərində keçirilən “Karyera həftəsi”nin məqsədi, tələbələri mövcud karyera trendləri, vakansiyalar barəsində məlumatlandırmaq və potensial işəgötürənlərlə əlaqə qurmaqdır. Seminarlar çərçivəsində tələbələrə lazımlı və xüsusilə sənaye iş sektorları üçün tələb olunan çətin bacarıqlar haqqında məlumat veriləcək. Bir həftə boyunca “Unibank”ın müxtəlif rəhbər şəxsləri və əməkdaşları ADA tələbələrinə emosional intellektin rolu, sənaye haqqında anlayışlar, ideyalar, müsahibə zamanı danışıq, etika bacarıqlar, müvəffəqiyyət üçün bacarıqların artırılması və iş etikası, sahibkarlıq və innovasiyalar, brendinq və rəqəmsal dünya mövzularında seminarlar keçəcəklər. Sonda yekun qiymətləndirmələr və müsahibələr olacaq, qaliblər mükafatlandırılacaq.

Xatırladaq ki, ötən ay “Unibank” KB ilə ADA Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər elmi və praktiki məlumat və bacarıqların mübadiləsini təmin edəcək, tələbələrin müvafiq istiqamətlər üzrə davamlı inkişafına fayda verəcək menecment, bank işi və maliyyə sahəsində birgə tədbirlər və sosial məsuliyyəti artıran layihələr icra edəcək, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcəklər.

Memorandum çərçivəsində ADA tələbələri istehsalat təcrübəsində iştirak edəcək, onların Bankın filial şəbəkələrinə səfərləri təşkil ediləcək, Bankın əməkdaşları isə ADA tərəfindən təşkil edilən İxtisasartırma proqramlarında iştirak edəcəklər. 

Unibank- Sənin Bankın!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment