1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Access2Success “: AccessBank qadın sahibkarlar üçün proqrama start verir
18.04.2022

Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlim proqramına başlayır. Bankın bu təşəbbüsü mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləmək məqsədi daşıyır. 

Proqram haqqında: Proqram bir sıra nəzəri və praktiki təlimlərdən ibarətdir və artıq biznes təcrübəsi olan, öz səhvləri və uğurları tarixinə malik, əldə etdikləri ilə məhdudlaşmaq istəməyənlər xanımlar üçün nəzərdə tutulub. Biznesin əsas elementlərini əhatə edən proqram öz təcrübələrini bölüşməyə hazır olan təlim iştirakçıları və təlimçilər arasında effektiv kommunikasiya üçün platforma təqdim edir. 

İştirakçılar bizim proqramdan nə əldə edəcəklər: Proqram sahibkarlara yeni nəzəri biliklər əldə etməklə yanaşı, praktiki olaraq əldə etdikləri bilikləri öz biznes fəaliyyətlərində tətbiq etmək imkanı verəcək. Təlim proqramı nəticəsində iştirakçılar öz bizneslərinə dair yaxın gələcəkdə və uzunmüddətli perspektivdə inkişafı üçün fəaliyyət planını qura biləcəklər. Bundan əlavə, proqramın iştirakçıları biznesin genişləndirilməsi və gələcək inkişafı üçün AccessBank-dan xüsusi təkliflər əldə edəcəklər. Həmçinin qadın sahibkarlar bank və onun tərəfdaşları tərəfindən xüsusi hədiyyələr qazanacaqlar.

Sessiya mövzuları: Sessiyalar biznesin strateji inkişafı, dövlət qurumlarına hesabatların verilməsi, satış və marketinq (o cümlədən rəqəmsal marketinq), elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edəcək. Proqrama geniş təcrübəyə malik olan biznes sahibləri tərəfindən master klasslar, eləcə də bank işçilərinin əlavə maliyyə vəsaitlərinin cəlb olunması barədə tövsiyələri daxildir. 

Tarixlər: Həftənin cümə və şənbə günləri baş tutacaq 6 həftəlik təlim və praktiki məşğələlər proqramına mayın 13-də start veriləcək. Təlimlər Azərbaycan dilində aparılacaq. 

Tələblər: Proqramda ən azı son 6 ay ərzində rəsmi biznes fəaliyyəti olan, istər fərdi sahibkar, istərsə də öz mikro, kiçik və orta biznesini idarə edən və onu genişləndirmək niyyətində olan istənilən sahibkar xanımlar iştirak edə bilər. 

İştirak üçün müraciət: Proqramda iştirak üçün linkə daxil olaraq müraciət edə bilərsiniz. Müraciət üçün son tarix 1 may 2022-ci ildir.

Hər hansı bir sual yaranarsa, Jeyhun.atayev@accessbank.az elektron ünvanına və ya +994(55)250-82-44 WhatsApp nömrəsinə müraciət edə bilərsiniz. 

Məqsədyönlülük uğurlu insanlara xas xüsusiyyətidir. AccessBank komandası əmindir ki, bu proqramda iştirak etmək üçün müraciət edəcək hər kəs qeyd olunan xüsusiyyətə malikdir. 

Sahibkarlarımıza qarşılarına qoyduqları məqsədlərinə tezliklə çatmaqlarını arzu edirik. Bizə qoşulun, sizi qarşıda altı maraqlı həftə gözləyir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment