1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Ölkədə ilk dəfə sahibkarlar smartfonları ilə ödənişlər qəbul edə bilərlər!
18.04.2022

Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlara Azərbaycanda ilk dəfə yeni Mobil POS xidmətini təqdim edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə artıq sahibkarlar ənənəvi POS-terminal əvəzinə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri smartfonları vasitəsilə qəbul edə biləcəklər. Bu xidmət IBA Group beynəlxalq İT şirkəti tərəfindən hazırlanıb. 

Xidmətdən yararlanmaq üçün Android əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfona sahib, həmçinin Müştəri Bank sisteminin istifadəçisi olmaq mütləqdir. Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik sahibkarlar (bərbər, dərzi, kuryer, taksi, ayaqqabı təmiri, köşk sahibləri, qida sektoru, kiçik ticarət, meyvə-tərəvəz və s.) üçün əlverişli olan bu yeniliyi tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasa ehtiyac yoxdur. Xidmətə qoşulmaq üçün Kapital Bank filiallarına gəlmədən, Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada tam olaraq pulsuz həyata keçirmək olar. 

Xidmətə qoşulmaq üçün Müştəri Bank mobil tətbiqindən şirkətin və istifadəçilərin müvafiq məlumatlarını qeyd etdikdən sonra, sifariş ASAN İmza vasitəsilə səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır. Qoşulma tamamlandıqdan sonra bu haqda səlahiyyətli şəxsə e-mail və bildiriş göndərilir. Mobil POS vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar. Bu yenilik yaxın gələcəkdə digər əməliyyat sistemləri istifadəçiləri üçün də tətbiq ediləcək.  

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.), QR vasitəsilə nağdlaşma, Kliklə ödə xidməti və s. 

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment