1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın sədri kollektivə təqdim olundu
18.04.2022

Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri vəzifəsinə təyin edilmiş Taleh Tahir oğlu Kazımov Mərkəzi Bankın kollektivinə təqdim olundu.

Yeni sədri təqdim edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Taleh Kazımovun keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verdi.

N.Əmirov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını, makroiqtisadi və maliyyə sabitliyini, bütün sahələrdə olduğu kimi maliyyə-bank sistemində həyata keçirilən mühüm islahatları və əldə olunan nəticələri diqqətə çatdırdı.

N.Əmirov maliyyə sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin çağırışlarına uyğun şəkildə inkişafı ilə bağlı qarşıya qoyulan hədəfləri diqqətə çatdırdı, tövsiyələrini verdi.

T.Kazımov dövlət başçısı və ölkə parlamenti tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirdi. 

O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, ölkədə nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi, aparılan islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli maliyyə, o cümlədən bank, kapital bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırdı.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment