1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibankdan ölkədə bir ilk- multivalyutalı bank kartı
15.04.2022

Unibank 3 illik strategiyasına uyğun olaraq çox ciddi dəyişikliklərə imza atmaqla, bütün addımları Bankın yeni mərhələsi olan transformasiya vizyonuna – Unibank 3.0-a uyğunlaşdırmaqda davam edir. “Unibank- Sənin Bankın” istiqamətində görülən işlərin növbəti mərhələsi kimi “UCard – Sənin kartın” konsepti yaranır. Bütün bu işlər isə müştəriyönümlülüyü daha da gücləndirməyə xidmət edir. Xarici marketinq məsləhətçilərinin iştirakı ilə yaradılan yeni kart məhsulu -UCard, müştərilərin ehtiyacları və gələcək gözləntilərinə hesablanıb. Yeni məhsulun yaranması prosesində ATM-lərin təkmilləşdirilərək müştəriyönümlü olmasına xüsusi diqqət yetirilib. Nəticə etibarı ilə isə yalnız UCard deyil, ümumilikdə bu qədər çoximkanlı kart ekosistemi müştərilərin istifadəsinə verilib. 

“Unibank”in ölkə bank bazarında ilk olan kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartı – UCard artıq müştərilərin istifadəsinə hazırdır. UCard 4 fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartını və AZN valyutalı kredit xəttini birləşdirən tək kartdır. Hər parametri ilə müştərinin tələbatına və rahatlığına uyğunlaşdırılan yeni məhsul, Unibank müştərisinə istər ölkə daxilində, istər xaricdə tək kart məhsulu ilə istədiyi əməliyyatları etmək, debet və kredit imkanlarından rahatlıqla istifadə imkanı yaradacaq. Eyni anda kartdan həm debet, həm kredit xətti kimi istifadə edə biləcək. UCard-ın görünüşü də imkanlarına uyğundur: tam qızılı rəngdə- diqqətçəkən və gözoxşayan  

(https://www.youtube.com/watch?v=P8WU3giHffo).

UCard özündə müştərinin arzuladığı üstünlükləri birləşdirib:

- Pulsuzdur- hər kəs ala bilər;

- Kartın müddəti -5 illik;

- 40 günədək faizsiz kredit xətti;

-10.000 AZN-dək güzəşt müddətli kredit xətti və 20 000 AZN-dək nağd kredit imkanı;

- Kart qalığına illik 5%-dək gəlir;

- 30%-dək keşbek;

- Taksit imkanı;

-Unibank ATM-lərində öz vəsaitini 0% komissiya ilə nağdlaşdırma;

- Müxtəlif valyutalı hesablardan istədiyini əsas hesab seçmək imkanı (həm mobil bankda, həm ATM-də)

ATM-lərdə UCard istifadə etməklə hər 4 hesabdan əməliyyat etmək, bank hesablarını görmək, UCard-ın əsas hesabını seçmək mümkündür. Kartın və ATM proqramlarının təkmilləşdirilməsi daimi proses kimi davam etdiyindən, yaxın vaxtlarda digər yeniliklər də olacaq. Gələcəkdə birbaşa ATM-lərdə müxtəlif əməliyyatlar etmək imkanı (pul köçürməsi, istənilən (karta bağlı olmayan) cari hesabdan nağdlaşdırma) da yaradılacaq. 

“Unibank”ın sizə yaxın filialına yaxınlaşaraq, yerindəcə dərhal və pulsuz UCard əldə edə bilərsiniz. 

UCard – Sənin kartın!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment