1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank Respublika sahibkarlığın dəstəklənməsi üçün AYİB-dən 2 böyük həcmli kredit cəlb edib
15.12.2021

Ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika ölkənin real sektorunun inkişafı üçün xarici investisiyaların cəlb edilməsini uğurla davam etdirir. Belə ki, Bank Azərbaycanda aqrar, kiçik və orta biznesin inkişafı üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə 2 iri kredit sazişi imzalayıb.

İlk kredit sazişi AZAFF aqrar layihəsi çərçivəsində bağlanıb və cəlb olunan vəsaitlər kənd təsərrüfatı istehsalçılarının maliyyələşdirilməsinə yönəldiləcək. İkinci kredit sazişi bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab olunan kiçik və orta sahibkarlığın, həmçinin COVİD-19 pandemiyasından zərər çəkmiş sahibkarların maliyyələşdirilməsi məqsədilə imzalanıb. Cəlb olunan vəsaitlərin ümumi həcmi 13.5 mln. dollar təşkil edir və hər iki kredit milli valyutada təqdim ediləcək ki, bu da yerli sahibkarlara valyuta risklərindən yan keçməyə imkan verəcək.

Qeyd edək ki, bu, Bankla beynəlxalq maliyyə institutları arasında cari ildə imzalanan ilk böyük saziş deyil. 2021-ci ildə Bank Respublika ilə Hollandiya İnkişaf Bankı (FMO), eləcə də EMF Microfinance Fund Avropa investisiya şirkəti ilə kredit sazişi bağlayıb.

“Avropa Yenidənqurma və İnkişaf Bankından növbəti kreditin cəlb olunması beynəlxalq maliyyə institutları ilə olan səmərəli əməkdaşlığımızın davamıdır və bankımız tərəfindən xüsusi önəm verildiyi ölkənin real sektoruna dəstək strategiyamızın bir hissəsidir. İmzalanmış saziş aparıcı beynəlxalq maliyyə institutları tərəfindən bankımıza olan etibarlılığın və yüksək etimadın növbəti təsdiqidir”, – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariel İsmayılov vurğulayıb.

“Çox şadam ki, AYİB-in Bank Respublika ilə əməkdaşlığı möhkəmləndikcə Azərbaycan müəssisələri maliyyələşdirməyə çıxış imkanlarını artıra bilər. Hədəfimiz şirkətin böyüməsini, məhsuldarlığını və məşğulluğunu artırmaq məqsədilə bank kreditlərini inkişaf etdirməkdir", – deyə qurumun Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen bildirib.

Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment