|
|
|
Valyuta birjası | | | BEST sistemində ticarətin yekunları (05.12.2012) |
06.12.2012 | |
| |
Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) dekabrın 5-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7838 AZN-ə bərabər olmuşdur.
Elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7838 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7838 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2.005.948,8 AZN məbləğində əqd qeydə alınmışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7838 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, 2.556.000 ABŞ dolları və ya manat ekvivalenti ilə 2.005.948,8AZN məbləğində əqd qeydə alınmışdır.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,80 faiz, ABŞ dolları üzrə isə 13,33 faiz təşkil etmişdir.
Dekabrın 5-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
|
|
|
|