|
|
|
Valyuta birjası | | | BEST sistemində ticarətin yekunları (29.11.2012) |
30.11.2012 | |
| |
Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində noyabrın 29-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7838 AZN-ə bərabər olmuşdur.
Birjanın Elektron Hərraclar Sistemində (Bourse E-system of trades-BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 ABŞ dolları üçün 0,7838 AZN olmuşdur.
USD/AZN aləti üzrə 20 241 660 AZN-ə bərabər həcm qeydə alınmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7838 AZN olmuşdur.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə
776 853 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 ABŞ dolları üçün 0,7838 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 26 790 000 ABŞ dollarına, yaxud 21 018 513 AZN-ə bərabər olmuşdur.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqd bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə banklar BEHS-ə sifariş verməmişlər.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə sifarişlər verilmiş, lakin bu alətlər üzrə əqd bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,92 faiz, ABŞ dolları üzrə isə 12,50 faiz təşkil etmişdir.
Noyabrın 29-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.
|
|
|
|