1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bank iş yerlərində maliyyə savadlılığı təlimləri keçirmişdir
10.01.2019

Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə prioritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfi üzrə tədbirlərin icrasını davam etdirir. Bu strateji tədbirlərin icrası çərçivəsində Mərkəzi Bank tərəfindən 2018-ci ilin II yarısında bir sıra dövlət və özəl təşkilatların ümumilikdə 200-ə yaxın əməkdaşı üçün iş yerlərində maliyyə savadlılığı təlimləri keçirilmişdir.

Təlimlər zamanı büdcə planlaşdırılması, bank əməliyyatları, pul köçürmələri, pulun təhlükəsizlik elementləri, nağdsız ödənişlər mövzuları tədris olunmuş, Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az) haqqında məlumatlar verilmişdir. Həmçinin, Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyi ilə bu təşkilatların işçilərinə “Yığım” interaktiv oyunu keçirilmişdir.

Eyni zamanda, bu müddət ərzində pilot layihə kimi “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin 70-dən artıq üzvünə bank əməliyyatları, kredit, zaminlik və bank istehlakçılarının hüquqlarının qorunması mövzusunda təlimlər keçirilmiş, mövzular ətrafında müvafiq animasiyalar nümayiş etdirilmiş, müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Təlimlərdə iştirak etmiş əlil sahibkarlara öyrədici vəsaitlər və maarifləndirici materiallarla zəngin elektron məlumat daşıyıcıları paylanılmışdır.

Mərkəzi Bankın təşəbbüsü ilə maliyyə maarifləndirilməsi istiqamətində müxtəlif təlimlərin, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment