1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi
02.01.2019

Növbəti ildə Azercell 4G əhatə dairəsinin genişləndirilməsi işlərini davam etdirəcək

Bakı, FinanceTime. Yola saldığımız 2018-ci il “Azercell Telekom” MMC üçün uğur və nailiyyətlərlə yadda qalan bir il oldu. Bu il ərzində şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin yüksək sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb, respublikanın bir çox bölgələrində yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə ölkə boyunca LTE istifadəçilərinin sayı artaraq, 1 milyonu keçib. Bu, Azercell-in təqdim etdiyi keyfiyyət və xidmət səviyyəsini nümayiş etdirən mühüm göstəricidir.

2018-ci ilin ikinci yarısında dünya bazarında aparıcı mobil rabitə avadanlığı istehsalçıları olan Ericsson və Nokia şirkətləri ilə Azercell şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi, tutumunun və keyfiyyətinin artırılması üzrə mühüm müqavilələr bağlanılıb. Müqavilə çərçivəsində il ərzində Azərbaycanın daha 30 bölgəsində Azercell-in 4G şəbəkəsi qurulub. Hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı 42 bölgədə Azercell-lilər 4G şəbəkəsindən rahat istifadə edə bilirlər. Bütün bunlar Azercell abunəçilərinə sürətli internet xidmətinin üstünlüklərindən yararlanmaq imkanı verir.

Beləliklə, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 2018- ci ildə 4G əhatə dairəsi 2 dəfə genişlənib, mobil internetdən istifadə həcmi isə 50% artıb.

Azercell radio şəbəkəsində genişləndirmə ilə yanaşı, bir sıra keyfiyyət göstəricilərini yaxşılaşdırmaq yönündə optimallaşdırma tədbirlərini də həyata keçirib. Bu tədbirlər şəbəkə kəsintilərinin qarşısının alınması, həmçinin internet sürətinin artırılmasına yönəldilib.

Geridə qalan ildə Azercell ölkə daxilində abunəçilərini yüksək sürətli internetlə təmin etməklə yanaşı Rominqdə İnternet Paketləri layihəsini də istifadəyə verib. Bununla da

şirkət istifadəçilərin səfər və səyahətlər zamanı üzləşə biləcəyi yüksək internet xərcləri ilə bağlı xoşağəlməz halların qarşısını alıb. Belə ki, səyahət zamanı Azercell abunəçiləri 50 ölkədə, 67 operator şəbəkəsində 1 GB və 400 MB həcmində təklif olunan Rominq İnternet paketlərilə sürətli internetdən faydalana bilərlər.

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC 2019-cu ildə də abunəçilərinin yüksək keyfiyyətli xidmətlər və texnoloji yeniliklərlə təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment