1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank "UNEC Business English Conversation Club" layihəsinə yekun vurub
27.12.2018

Bakı, FinanceTime. AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı və ingilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan "UNEC Business English Conversation Club" layihəsinin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində çıxış edən UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev qeyd edib ki, layihə olduqca effektiv olub: "Bildiyiniz kimi, "UNEC Business English Conversation Club" ilk dəfə həyata keçiriləndə özündən söz etdirə bildi və bu səbəbdən layihənin davamlı olmasına qərar verildi. Mən layihənin reallaşdırılmasında əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm. "UNEC Business English Conversation Club" tələbələrimizə çox şey qazandırdı. Əldə olunan razılığa əsasən, bəzi tələbələrimiz AccessBank-ın müxtəlif departamentlərində təcrübə keçəcəklər. Bunun üçün AccessBank-ın komandasına xüsusi təşəkkürümü bildirirəm".

UNEC-in Daxili audit şöbəsinin müdiri Hikmət Babayev isə qeyd etdi ki, "UNEC Business English Conversation Club" adıçəkilən ali təhsil ocağının AccessBank ilə əməkdaşlığını daha da dərinləşdirdi. "Mən tələbələrin bu layihəyə necə yanaşdığının şəxsən şahidi olmuşam. Təbii ki, bu yanaşma layihənin effektivliyindən xəbər verir. Şübhə etmirəm ki, AccessBank bizi bu cür layihələrlə gələcəkdə də sevindirməyə davam edəcək və tələbələrimiz yeni biliklər əldə etməsi üçün öz töhfəsini əsirgəməyəcək", - deyə o vurğulayıb.

AccessBank-ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova isə bildirib ki, "UNEC Business English Conversation Club" layihəsi özünü doğrultmuş bir layihə kimi yaddaşlarda qalacaq: "AccessBank-ın bu il üzrə Korporativ Sosial Məsuliyyət siyasətinin əsas istiqaməti kimi təhsil sahəsi götürülmüşdü. 2018-ci ildə bu istiqamətdə reallaşdırdığımız layihələr olduqca uğurlu olub və "UNEC Business English Conversation Club" bunun bariz nümunələrindən biridir. Təsadüfi deyil ki, AccessBank Azərbaycan Banklar Assosiasiyası tərəfindən bu il "Ən fəal təhsil dəstəkçisi" seçilib. Bundan başqa, AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramının qalibi olan 10 nəfərdən 3-ü UNEC tələbəsidir ki, bu da universitetdəki təhsilin səviyyəsindən xəbər verir". Departament rəhbərinin sözlərinə görə, adıçəkilən layihə gələn il yeni formatda və başqa ad altında reallaşdırılacaq. Layihənin rəhbəri,

UNEC-in "İngilis dili" kafedrasının dosenti Xavər Hacıyeva qeyd edib ki, bu layihədən həm təşkilatçılar, həm iştirakçılar qazandı: "Sözsüz ki, ən böyük qazanc tələbələrin əldə etdiyi yeni biliklərdir. Təbii ki, əldə olunan biliklər onlara gələcəkdə öz layiqli yerlərini tutmağa yardım edəcək". Tədbir çərçivəsində tələbələr layihə barədə təəssüratlarını bölüşüb.

Sonda "UNEC Business English Conversation Club" iştirakçılarına sertifikatlar verilib.












     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment