1 USD 1.7000   1 EUR 1.9369   1 AED 0.4628   1 ARS 0.0451   1 AUD 1.2227   1 BRL 0.4537   1 BYN 0.7895   1 CAD 1.2805   1 CHF 1.7107   100 CLP 0.2533   1 CNY 0.2508   1 CZK 0.0759   1 DKK 0.2595   1 EGP 0.0948   1 GBP 2.2074   1 GEL 0.6383   1 HKD 0.2167   100 IDR 0.0120   1 ILS 0.4607   1 INR 0.0239   100 IRR 0.0040   100 JPY 1.5540   1 KGS 0.0243   100 KRW 0.1517   1 KWD 5.6057   1 KZT 0.0045   100 LBP 0.1126   1 MDL 0.0990   1 MXN 0.0895   1 MYR 0.4130   1 NOK 0.1991   1 NZD 1.1496   1 PLN 0.4515   1 RUB 0.0256   1 SAR 0.4532   1 SDR 2.3692   1 SEK 0.1886   1 SGD 1.2537   1 TJS 0.1801   1 TMT 0.4857   1 TRY 0.3176   1 TWD 0.0551   1 UAH 0.0610   100 UZS 0.0201   1 XAG 26.4263   1 XAU 2196.4255   1 XPD 2411.9600   1 XPT 1383.0605   1 ZAR 0.1238   
           
AMB kursu / Məzənnələr


 

 

Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq

















Digər xəbərlər


Daim axtarışda, daim inkişafda olan “AtaHolding”
27.12.2018

Bakı, FinanceTime. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, dünyanın qabaqcıl texnologiyalarının Azərbaycana gətirilməsi və tətbiqi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sahibkarlığa göstərdiyi yüksək diqqət və qayğı bu sahədə çalışanları daha həvəslə işləməyə sövq edir.

Azərbaycan dövlətinin yürütdüyü iqtisadi siyasət ölkədə azad sahibkarlığın təşəkkül tapmasına və cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə xidmət edir. Ölkəmizdə biznesin inkişafına yaradılan şərait və gələcək perspektivlər “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyətinə və inkişafına da geniş imkanlar açır. 

 Azərbaycana müasir holdinq idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən bu holdinq  daim axtarışdadır, daim inkişafdadır, öz strukturunu təkmilləşdirərək yeni biznes sahələri yaradır. 2003-cü ildə təsis edilmiş, əsasən maliyyə sektorunda fəaliyyətə başlamış holdinq bu gün turizm, informasiya texnologiyaları və xidmət sahələrində böyük nailiyyətlər əldə etmişdir. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.

Hazırda  “AtaHolding”-in maliyyə sektorunda  “AtaSığorta” ASC, “AtaLizinq” ASC,  turizm sektorunda “AtaTurizm” MMC, "AtaTravel" MMC və 5 ulduzlu “Excelsior Hotel& Spa Baku” oteli və Informasiya Texnologiyaları sahəsində “AtaTexnologiya” MMC  şirkətləri fəaliyyət göstərir.   “AtaHolding”  Azərbaycanın həm fiziki, həm də intellektual resurslarından səmərəli istifadə etmək, yeni iş yerlərini yaratmaq üçün sərmayə qoymaq, səhmdarlar, işçilər və müştərilərin  məmnunluğunu yüksək səviyyədə təmin etmək və nəticədə Azərbaycanın rifahı və iqtisadi inkişafına dəstək olmağı qarşısına məqsəd qoymuşdur. 

2018-ci ili uğurla başa vuran “AtaHolding”in illik fəaliyyətinin əsas istiqamətləri, həyata keçirilən layihələr və nailiyyətlər barədə məlumat əldə etmək üçün yeniilqabağı holdinqin məsul işçiləri ilə görüşüb söhbətləşdik.

“AtaSığorta” ASC İdarə Heyəti sədrinin birinci müavini Orxan Məmmədov 2018-ci ilin yekunlarından danışarkən söylədi ki, şirkət hazırda 30 sığorta növü üzrə müştərilərə sığorta xidmətləri göstərir. Sığorta növləri  iki hissəyə bölünür. Könüllü növlər və icbari növlər. Orxan Məmmədov bildirib ki, “Biz sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq.  2018-2020-ci  illər üzrə şirkətimizin strategiyasına uyğun olaraq qarşımızda duran proqnozlar bunu deməyə imkan verir. Hesab edirik ki, 2019-cu ildə könüllü sığorta məhsullarının növlərini artıracağıq.  Şirkətimiz  könüllü növlər üzrə müştərilərin rahatlığına və istəklərinə uyğun olaraq “Sərfəli Kasko”, “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam”  məhsullarını  bazara təqdim edib. Sentyabr ayından etibarən daha bir yeni məhsul “Petrollu Kasko”  məhsulu müştərilərə  təqdim olunub.  Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik.  Həmçinin,  xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta sektorunda ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq.  Şirkətimiz fiziki və hüquqi şəxslərə  yüksək səviyyədə sığorta xidmətləri göstərməklə onların təlabatına uyğun yeni məhsulları təqdim etməyi davam etdirməkdir”.  

“AtaSığorta” ASC ölkəmizdə mövcud tələbata uyğun olaraq fiziki şəxslər üçün nəzərdə tutulmuş “Səyahət paketi”, “Tələbə paketi”, “Fiziki şəxslərin sığortası” və “Ailə paketi” adlı yeni tibbi sığorta məhsullarını sığorta sektoruna təqdim edir.Turizmlə bağlı sığorta məhsuluna tələbatı nəzərə alaraq yeni “Səyahət paketi” məhsulu yaradılmışdır. Bu məhsul ölkə daxilində səyahət edən vətəndaşlar və xaricdən gələn qonaqlar üçün nəzərdə tutulub. “Səyahət paketi” təcili baş verən halların və xəstəliklərin müalicəsinə təminat verir. “Tələbə paketi” yerli və xaricdən ölkəmizə təhsil almaq üçün gələn tələbələr üçün nəzərdə tutulub. Ali təhsil müəssisələrinin tələbələri bu məhsulu əldə etməklə kiçik bir məbləğ qarşılığında gözlənilməz hadisələr zamanı tibbi yardımla təmin olunmalarına nail ola bilərlər. Bu paket üzrə 5 cür qiymət təklifi mövcuddur. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir.

Həmçinin, vətəndaşların çoxsaylı müraciətləri əsasında fiziki şəxslərin fərdi qaydada sığortalanması üçün “Fiziki şəxslərin sığortası” və ailələr üçün nəzərdə tutulan “Ailə paketi” adlı yeni tibbi sığorta məhsulları hazırlanıb. Hər iki məhsul üzrə bir neçə qiymət təklifi təqdim olunur. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir. Ailə və ya qrup şəklində sığorta olunan zaman sərfəli qiymətlər təklif edilir.“AtaSığorta” ASC 100-ə yaxın  klinika və apteklərlə əməkdaşlıq edir və bu siyahı günü-gündən genişlənir. Sığorta olunanlar müqavilə müddəti ərzində həmin klinikalarda müalicə olmaq imkanı əldə etmiş olurlar. Həmçinin, sığorta olunanların ailə üzvlərinə əməkdaşlıq etdiyimiz klinikalarda sığorta təminatına daxil olmayan xidmətlər üzrə 50 %-dək endirimlər tətbiq olunur.

Bu yaxınlarda “AtaSığorta” ASC sığorta xidmətlərinə tələbatın artmasını nəzərə alaraq müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə “GƏNCƏ” Filialının ofisini yeni ünvanda Gəncə şəhərində müştərilərin istifadəsinə verib. Onu da qeyd etmək lazımdır ki, 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “AtaSığorta” ASC-ni Həmkarlar İttifaqında xidmətlərinə görə “AHİK-in 25 illik Yubiley” döş nişanı ilə təltif etmişdir.

“AtaSığorta”nın aktivləri hal-hazırda 30 milyon manatdan çoxdur. Şirkət 26 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun üzvüdür. “AtaSığorta” ASC Bakı şəhəri daxil olmaqla regionlar üzrə 15 filialı, 19 nümayəndəliyi və 60-dan çox satış ofisləri ilə müştərilərə xidmət göstərir.

2018-ci ilin fevral ayında “Excelsior Hotel & Spa Baku” oteli “Business Time” jurnalı tərəfindən “İlin otel və SPA nominasiyası” üzrə “Azeri Business Award 2017” Milli mükafatına layiq görülüb. Əlbəttə ki, bu mükafata layiq görülmənin real əsasları var. Belə ki, Azərbaycanda turizmin inkişafında “Excelsior Hotel & Spa Baku” otelinin xüsusi yeri var. Otel daim müştəri məmnuniyyətini üstün tutur və oteldə xaricdən gələn qonaqlara ən yüksək xidmət göstərilir. Qeyd edək ki, bu mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Otelin baş sponsorluğu ilə “Cümhuriyyət 100” tədbiri, modasevərlər üçün “İdeal qarderob necə təşkil olunmalıdır?” mövzusunda tədbir, “Yay tədbiri 2018”, turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müxtəlif mövzularda seminarlar keçirilmişdir.

 

XXX

“AtaHolding” Şirkətlər Qrupuna daxil olan, 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi turizm sahəsində sərfəli, rahat xidmət və müştəri məmnuniyyətini qazanmaqla diqqət çəkir. Dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edən şirkət öz müştərilərinə otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər təklif edir, bu məqsədlə xüsusi endirim və hədiyyə aksiyaları da keçirir.

“AtaTravel”  MMC-nin baş direktoru Vüsal Əliyevin sözlərinə görə, ölkəmizdə turizm sahəsi hazırda dinamik inkişaf edir, turların səviyyəsi və təkliflərin sayı sürətlə artır. Son vaxtlar daxili turizm sürətlə inkişaf edir, çoxlu sayda otellər açılmış, elektron viza rejimi tətbiq edilmişdir ki, əvvəllər onun olmaması Azərbaycana xarici turist axınının qarşısını alırdı. Bütövlükdə, turizm - müasir iqtisadiyyatın insanların tələbatlarının yerinə yetirilməsinə və əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş ən mühüm fəaliyyət sahələrindən biridir. Cəsarətlə demək olar ki, dünya böhranına baxmayaraq, Azərbaycan turizmi inkişaf etməkdə davam edir. “AtaTravel” 2019-cu ildə “AtaTravel” Ukraynanın məşhur  “Edem Resort and Spa” oteli ilə birgə maraqlı aksiyaların keçirilməsini davam etdirəcək. Xüsusilə yay aylarında müalicəni rahat istirahət ilə birləşdirmək istəyənlər üçün əlverişli təkliflər müştərilərə təqdim olunacaq.

Cari ildə “AtaTravel” MMC tərəfindən qadın jurnalistlər üçün PR təlim keçirilmiş, “InterContinental Hotels Group”-un nümayəndələri əməkdaşlıqla bağlı görüş keçirilmişdir. Bundan başqa,  “AtaTravel” MMC-nin kollektivi “Opalus Partners” şirkətinin rəhbəri Çimnaz Qasımova tərəfindən “Motivasiyalı işçi” təlimi, “Buisness Ring” şirkətinin rəhbəri Səbinə Rəhimova tərəfindən “İşgüzar danışıqların aparılması” mövzularında təlimlər keçirilmişdir. “Motivasiyalı işçi” təlimindəuğurun sirrləri, iş   yerində motivasiyalı olmaq və qarşıya çıxan çətinlikləri həll etməyin yolları müzakirə olunmuş və əməkdaşların motovasiyasını yüksəldilməsi üçün istifadə olunan müxtəlif metodlar haqqında danışılmışdır.

9 oktyabr tarixində  “AtaTravel”  MMC  Prime Consulting şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Assosiasiyasının  dəstəyi ilə keçirilən üçüncü “Prime Travel Market 2018”  tədbirində  iştirak etmişdir.  “AtaTravel” MMC-nin  tur operatoru Rəvan Əhmədov və  “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi  Dilarə Zamanova  xarici turizm  şirkətlərinin nümayəndələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və eyni zamanda  gələcək fəaliyyətin inkişafı üçün  təcrübə və fikir mübadiləsi aparmışdılar.

Tədbirdə   Rusiya, Ukrayna,  Qazaxıstan,  Çexiya, Sloveniya, Belarus, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrindən  xarici turizm şirkətlərinin nümayəndələri iştirak etmişdilər.

"AtaHolding" Şirkətlər Qrupunun Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova holdinqin fəaliyyəti barədə ətraflı məlumat verdi. O, dedi:

- Yeni, 2019-cu ilə saylı günlər qalıb. Yola saldığımız 2018-ci il bir sıra tədbir və nailiyyətlər baxımından bizim üçün də əlamətdar sayıla bilər. Bu baxımdan bir sıra yaddaqalan fəaliyyət və nailiyyətləri sadalamaq yerinə düşərdi. “AtaHolding”-in və holdinqə daxil olan şirkətlərin fəaliyyətinin optimallaşdırılması ilə bağlı olaraq 2018-ci ildə görülən tədbirlər uğurla həyata keçirilmişdir. Bunlardan biri də “AtaHolding”-ə daxil olan şirkətlərin bir çətir altında birləşərək beynəlxalq standarlara uyğun idarəetmə sisteminə keçməsi olmuşdur. Belə ki, AtaHolding Şirkətlər Qrupuna daxil olan bəzi şirkətlər AtaHolding MMC-yə birləşdirilmiş,vahid idarəetmə strukturu və hədəfləri müəyyənləşdirilmişdir. Xüsusilə də bir neçə şirkətdə təkrar və dublikasiya olunan vəzifələr vahid prinsip əsasında yenidən qurulmuşdur. İlkin fəaliyyət hesabatları təsdiq edir ki, bununla bağlı verilmiş qərarlar düzgün olmuş və ötən illərin göstəriciləri ilə müqayisədə effektivlik daha da artmışdır. 2019-cu ildə də “AtaHolding” beynəlxalq idarəetmə standartlarına uyğun olaraq belə tədbirlərin həyata keçirməyi davam etdirəcəkdir.

“AtaHolding” Şirkətlər Qrupu 2018-ci ildə də sosial və biznes yonümlü tədbirlərin keçirilməsində fəal olmuşdur. “AtaHolding” 2018-ci ilin may ayında Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə və Qələbənin 73 illiyinə həsr edilmiş konsert proqramını Bilgəh Qocalar evində təşkil edib.

KİV ilə əməkdaşlığımız yüksək səviyyədə qurulmuşdur. “AtaHolding”in məsul işçiləri tərəfindən mütəmadi olaraq mediaya mütəxəssislər və ya holdinq təmsilçisi tərəfindən müsahibələr və açıqlamalar verilir, bunlar ölkənin mötəbər media qurumlarında dərc edilir və ya yayımlanır.

“Media Consulting & Sevices” şirkətinin apardığı monitorinqə görə, “AtaHolding”ə daxil olan “AtaSığorta” ASC və “Excelsior Hotel & Spa Baku” oteli 2018-ci ildə dəfələrlə mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerdə qərarlaşıb.

Bu qısa icmaldan görünür ki, “AtaHolding” Şirkətlər Qrupu 2018-ci ili uğurla başa vurub, Yeni – 2019-cu ilə inamla addımlayır. Əminliklə demək olar ki, holdinqin bütün əməkdaşları - adi işçidən tutmuş rəhbərlərinə qədər hamı bundan sonra da əzmlə çalışacaq, ölkə iqtisadiyyatının inkişafı yolunda əlindən gələni əsirgəməyəcək.

Yeni ildə bu böyük kollektivə uğurlar diləyi ilə!





06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi
18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment